Göksel Gülbey: "Əgər ermənilərlə tək qalsaq, biz soyqırımı məsələsini bir günə həll edə bilərik"-MÜSAHİBƏ
İğdır Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyinin idarə heyətinin sədri Göksel Gülbey, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya təmsilçiliyinin rəhbəri Ələmdar Nəbiyevin SİA-ya müsahibəsi:
- Ermənilərin uydurduqları qondarma "erməni soyqırımı"nı bəzi dövlətlərin dəstəkləməsi Türkiyənin dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsinin qarşısının alınmasına yönələn təzyiq kimi göstərmək olar?
Göksel Gülbey- Erməninin hər şeyi yalan üzərində qurulub. 24 aprel hadisəsi isə ermənilərin türklərin adlarının qarşısına soyqırımı sözünü yazılması ilə tanındı. Ermənilərin Avropada çox güclü lobbiləri var. Çünki biz bilirik ki, qarşımızdakı düşmən kimdir. Dünyada iki lobbi güclüdür. Onlardan biri yəhudi, digəri isə erməni lobbisidir. ABŞ-da 400 min nəfərdən ibarət erməni lobbisi var. Onlar orada elə güclü siyasət həyata keçirirlər ki, hətta ABŞ prezidenti Barak Obama da onların əleyhinə söz deyə bilmir ki, gələcəkdə onun siyasətinə qarşı çıxmasınlar. Bir də xristian, müsəlman aləmi var ki, hər zaman xristianlar müsəlmanlara qarşı çıxıblar. Əgər hər hansı məsələdə müsəlman, xristian varsa, o zaman xristianlar öz dinindən olanı üstün tutur, hər iki tərəfə ədalətli şəkildə baxmırlar. Avropa hər zaman ermənilərin tərəfində durur. Bundan əlavə ermənilərin qondarma "erməni soyıqımı"nın təbliği ilə bağlı fəaliyyətləri çox yaxşı gedir, ona görə ki, onların tərəfdaşları çoxdur. 1915-ci illərdə Fransa Adanada, Antepdə türklərə qarşı həyata keçirdiyi qətliamlarda hər zaman ermənilərdən istifadə ediblər. Bundan əlavə Rusiya da İğdırda, Ərzurum, Qarsda həyata keçirilən hadisələrdə ermənilərdən istifadə edib. Onlar ermənilərə böyük Ermənistan dövlətinin yaradılması ilə bağlı söz veriblər. Hazırda isə onlar söyləyirlər ki, bizdən bu qədər istifadə etdilər, biz Osmanlıya qarşı çıxdıq, onu arxadan vurduq, indi bizə verdiyiniz sözləri əməl edin. Ona görə də Avropa verdiyi sözü əməl etmək üçün özlərinin də yalan bildikləri məsələdə onlara ermənilərə tərəfdaş çıxır, onları müdafiə edirlər.
- Ümumiyyətlə 1915-ci ildə nə baş verib?
Göksel Gülbey- İl ərzində dünyada 24 aprel hadisəsi baş verir. Lakin ermənilər bu hadisəni dünyaya elə şəkildə çatdırıblar ki, guya həmin vaxtı böyük bir soyıqırmı baş verib. Əslində 24 apreldə nə qətliam, nə də ki sürgün hadisəsi baş verməyib. Həmin gün Osmanlı içərisində olub onu satan insanlar yaxalanaraq həbsə atılıblar. Ermənilər də bu günü soyqırımı kimi qələmə verərək dünyaya car çəkirlər. 24 apreldə sadəcə olaraq onların xəyanətkar liderləri həbsə atılıb, başqa bir şey olmayıb.
- Nəyə görə İğdırda, Adanada, Xocalıda ermənilərin törətdiyi bir sıra kütləvi qətliamlar Fransa kimi dövlətlər tərəfindən soyqırımı aktı kimi qəbul edilmədiyi halda ermənilərin qondarma soyqırımını soyqırımı kimi qəbul edirlər?
Ələmdar Nəbiyev - Bu məsələlər ermənilər tərəfindən hazırlanan ssenari deyil. Bu məsələlər Avropa və digər xristian ölkələri tərəfindən 100 illər bundan qabaq hazırlanmışdı. Ermənilər illər boyu bizə qarşı soyqırımı törədiblər. Onlar humanist bir millət kimi bizdən istifadə edib, başımıza müsibətlər gətiriblər. Onlar indi də bu təcavüzü davam etdirilər. Lakin təəssüf ki, dünya ictimaiyyəti də bunu görə-görə, göz yumur. Yalan heç zaman yeriməyəcək, çünki onlar hər zaman bizim başımıza qarşı müsibətlər həyata keçiriblər, bunlar faktdır. Xristian ölkə olduqlarına görə digər xristian ölkələr onları müdafiə edirlər.
- 100 il bundan qabaq guya baş verən bir hadisənin indiki Türkiyənin ayağına yazmaq nə dərəcə düzgündür?
Göksel Gülbey - 100 il bundan qabaq olsa da bu yalandır. Onlar azərbaycanlılarla bizi ayırmırlar, onların düşmənləri türklərdir. Ermənilərin Osmanlı ilə indiki Türkiyəni ayırmamalarının səbəbi türk olmağımızdır. Biz adımıza dəyişib başqa dövlət də qoysa, yenə türk olduğumuza görə onlar bizimlə düşmən olacaqlar. Onların oturduqları dövlət də yalandır. Azərbaycan bir dövlətdir, onun sərhədlərini Azərbaycan əsgərləri, Türkiyənin sərhədlərini türk əsgərləri qoruduğu halda Ermənistanın sərhədlərini rus əsgərləri qoruyur. Sərhəd namus deməkdir, namusu başqası necə qoruya bilər? Əgər bir dövlət ki, öz sərhədini qoruya bilmirsə, o necə dövlət ola bilər? Ermənilərin oturduqları torpaq da türk torpaqlarıdır.
- Rusiyada Xocalı, 31 mart soyqırımları ilə bağlı aparılan təbliğat işləri hansı yerdədir.
Ələmdar Nəbiyev - Biz bacardığmız qədər Azərbaycan həqiqətlərini Rusiyanın müxtəlif regionlarında, istər dünya ictimaiyyətinə, istərsə də Rusiya ictiamiyyətinə çatdırmaq üçün mühüm işlər görür, lazımi addımlar atırıq. Bildiyiniz kimi, bu yaxınlar da ermənilər Rusiyada Türkiyə səfirliyinin qarşısına yığışaraq mitinq keçirməyə cəhd etdilər, lakin həmin aksiyaya 10 nəfər yığa bilmədilər. Çünki 100 ildir ki, bir sözü nə qədər təkrara etmək olar? İndiki dövrdə baş verənlər dünya ictimaiyyətinə tez bir zamanda çatdırmaq mümkündür. Lakin 100 il bundan qabaq baş verənləri çatdırmaq mümkün olmurdu. Ermənilərin yalanları artıq keçmir, onlar həqiqətə çevrilməyəcək. Bir gün gələcək ermənilər görəcəklər ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqlarda asılıb. Onların bədbəxtliyi ondan ibarətdir ki, onlar öz xalqlarını da aldadırlar. Bu gün biz diaspor olaraq bütün səylərimizi birləşirməyə çalışırıq. Onlar kiçik məfhumdurlar, lakin onların böyük arxaları var. Əgər ermənilərlə tək qalsaq, biz məsələni bir günə həll edə bilərik.
- Tarixçilər XX əsrin əvvəllərində Qafqazda Türkiyə ərazisində 850 min erməninin olduğunu qeyd edirlər. Lakin belə fakt olduğu halda ermənilər türklər tərəfindən 2 milyona yaxın erməninin qətlə yetirlidiyini iddia edirlər. Bu halı kifayət qədər şişirdilmiş böhtan hesab etmək olar?
Göksel Gülbey - Ermənilər əslində özlərini də aldadırlar. Onlar bunun yalan olduğunu çox gözəl bilirlər. Faktlara əsasən o zaman bir milyon erməni yaşamayıb, belə olan halda 2 milyon erməni necə öldürülə bilər. Türk tarixçilərinin araşdırmaları da bunu sübut edir. Onlar həmin dövrdə ermənilər bir sıra qətliamlar törədiblər. O zaman ermənilər sürgün edilib, lakin qətliam və ya soyqırımı olmayıb. Soyqırımı günahsız, silahsız insanların həlak edilməsidir. O zaman 2 milyon erməni yaşamayıb, bununla bağlı faktlar, arxivlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB