Dünyanın, eləcə də ölkəmizin yeni nəsil COVİD-19 virusuna (koronavirus pandemiyası) düçar olduğu günlərdə prezidentimizin qətiyyətlə və iradə ilə xalqımızın sağlamlığını düşünməsi, vətəndaşlarımızın səhhətini qoruması millətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərinin sayəsində Azərbaycan dövləti son illərdə bütün sınaqlardan müvəffəqiyyətlə çıxıb. Dövlətimiz ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər qazanmışdır. Xüsusi karantin günlərində dövlətimizin inkişafı və xalqımızın rifahı naminə qəbul edilən qərarlar, atılan addımlar hər bir azərbaycanlının xoşbəxt gələcəyi üçün düşünülüb. Xüsusən, karantin rejimində yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara sosial xidmət üçün könüllülərin cəlb edilməsi təqdirəlayiqdir. Şəxsən mən də bu könüllülər dəstəsinə qoşulmuşam. Tənha yaşayan və yardıma ehtiyacı olan insanlara bu cür şəraiti yaratdığı üçün Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Sosial durumu aşağı olan işsiz təbəqənin maddi durumunu nəzərə alaraq 190 azn-lik birdəfəlik sosial yardımın təyin edilməsi, vətəndaşlara Heydər Əliyev Fondunun nəzdində RİİB-nin ərzaq yardımının edilməsi əhalinin bu çətin günlərdə vəziyyətinin yaxşılaşmasına zəmin yaratmışdır.
Pandemiya dövründə təhsilalanların və təhsilverənlərin sağlamlığını əsas tutaraq, tədris prosesinin dayandırılması, virtual dərslərin tətbiqi, teledərslərin və onlayn dərslərin təşkili də diqqətəlayiqdir. Bir təhsil işçisi olaraq bu istiqamətdə atılan addımlara, xalqımıza göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdaram.
Biz birlikdə güclüyük!
Fidan Quluyeva, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tyutoru, YAP Sabunçu rayon təşkilatının və Bakıxanov Bələdiyyəsinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB