"Avropa ölkələri bir-birlərini maska oğurluğu ilə ittiham edərkən..." ÖZƏL - MÜNASİBƏT

"Avropa ölkələri bir-birlərini maska oğurluğu ilə ittiham edərkən..." ÖZƏL - MÜNASİBƏT

"Avropada bəzi ölkələrin maska oğurluğu ilə bir-birlərini ittiham edərkən ölkəmiz "..ağrı sərhəd tanımır və bu təhlükədən birgə qoruna bilərik..." fəlsəfəsi ilə bu humanizm fəaliyyıətinə sadiqliyini bir daha davam etdirirdi. Qeyd etmək lazımdır ki, dünyanın getdikcə qloballaşan və daha dərin böhrana doğru gedən dünyanın fonunda Azərbaycanın müsbət rolu daha çox görünür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın hazırda beynəlxalq aləmdəki nüfuzundan danışarkən deyib.

O bildirib ki, bu gün dünyanın bir çox nufuzlu, söz sahibi və inkişaf etmiş ölkələri özünün daxili və xarici siyasətində xarici tarazlı, bir-birini tamamlayıcı və harmonik bir şəkildə həyata keçirirlər və bu mənada Azərbaycan da istər iki tərəfli, istərsə də çox tərəfli əməkdaşlıqda xarici siyasətinə görə dünya miqyasında yüksək hörmətə və imicə malik olan ölkələrdəndir: "Məhz, əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət 2003-cü ildən bugündək möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək diplomatiya və uzaqgörənliklə davam etdirilir. Bu mənada yeni dünya düzəninin bütün riskləri, qlobal çağırışları və təhlükələri nəzərə alanınması xarici siyasətimizin bütün istiqamətlərdı və müstəvilərdə uğurudur. Yüksək diplomatiya ilə qurulmuş bi siyasət nəticəsində ölkəmiz hətta beynəlxalq aləmdə bəzən ölkələr arasında yaranmış münaqişələrdə möhtərəm Prezidentimiz İlham Əliyev bu münaqişələrin həll olunması, eləcədə onlar arasında gərginliyin aradan götürülməsi və əməkdaşlığın yenidən bərpasında bir növ xoşməramlə vasitəçi və moderator rolu oynamışdır. Bunu biz Türkiyə-Rusiya, Gürcüstan-Rusiya, Gürcüstan Rusiya, Belarus-Rusiya və digər misallarda göstərə bilərik. Bu isə Azərbaycanlı kimi sözsüz ki, bizdə fəxr hiss oyadir. Azərbaycan təmsil etdiyi bütün beynəlxalq təşkilatlarda işğalçı qonşumuzdan fərqli olaraq, bu təşkilatın və təşkilatın üzvlərinin dahada inkişafı və güclənməsi üçün töhfə verən ölkələrdəndir. Bugün ölkəmiz beynəlxalq aləmdə bəzi ölkələr kimi yük deyil əksinə ağırlıqlara və problemlərə dəstək verən ölkələr sırasındadır. Sözsüz ki, bu töhfə sözdə deyil ənənəyə çevrilmiş bu hamanizm dəfələrlə konkret fəaliyyətdə öz əksini tapmışdır. Belə ki, güclü imici olan bəzi beynəlxalq təşkilatlar və inkişaf etmiş bəzi dövlətlərdən fərqli olaraq, ölkəmiz parazit həyatə keçirən işğalçı Ermənistandan fərqli olaraq, COVID-19-la mübarizədə özünün ənənəvi xeyirxahlıq missiyasını davam etdirir və ondan çox ölkəyə və eləcə də bir neçə beynəlxalq təşkilata maddi-maliyyə dəstəyi göstərmişdir".

Millət vəkili əlavə edib ki, fəxrlə demək olar ki, ölkəmizin bir sıra beynəlxalq təşkilatlarda sədirlik etdiyi dövr o təşkilatın fəaliyyətində və inkişafında xüsusi rolu malik olmuşdur ki, bugün də bu fəaliyyət davam edir və bu gün ölkəmizin möhtərəm Prezidentimizin simasında sədirlik etdiyi Türk Şurası və Qoşulmama Hərəkatındakı sədirlik dövrü bu təşkilatların tarixinə qızıl hərflərlə yazılacaqdır: "Dünyanın koronavirus pandemiyasının təhlükəsi ilə uğraşdığı dövrdə müdrik Prezidentimizin bu qlobal təhlükə ilə mübarizədə birgə səylərin və mübarizənin səmərəliliyinin zəruriliyini qeyd edərək, bu iki nüfuzlu beynəlxalq təşkilatın video-konfransının keçirilməsinim təşəbbüskarı və təşkilatçısı oldu. Onun Biz Birlikdə Güclüyük çağırışı təkcə ölkəmizin həmrəylik mottosu deyil bu beynəlxalq təşkilatın, eləcə də üzv ölkələrin xalqları aradındq dostuluğu və əməkdaşlığın ana sloqanı oldu. Məhz ölkəmizin bu səy və töhfəsi yüksək səviyyə keçirilən hər iki beynəlxalq təşkilatın Zirvə toplantısında da dəfələrlə minnətdarlıqla qeyd edildi. Möhtərəm Prezidentimiz üçün kiçik və ya böyük məsələ bə ya problem yoxdur. O hər bir məsələyə münasibətdə Azərbaycan hər bir işə necə məsuliyyətlə yanaşdığını beynəlxalq aləmdə dəfələrlə konkret fəaliyyəti ilə sübut etmişdir. 2020-ci ildə bütün dünya xalqları kimi ölkəmiz də pandemiya ilə mübarizə aparsa da Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərilmiş və bu humanizm bəzi ölkələrdən fərqli olaraq heç bir mətbuatda pafosla səslənməmiş, əksinə yüksək təvazökarlıq göstərilmişdir. Çünki, Prezidentimiz belə həssas məsələlərdə bunu hər zaman Azərbaycanın mənəvi borcu kimi dəyərləndirmişdir. Fürsətdən istifadə edərək qeyd etməliyəm ki, bu uzun illər UNESKO və ISESKO-nun xoş məramlı səfiri olan möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında da xüsusi minnətdarlıqla qeyd edilir. Məhz, buna görə də bugün ölkəmiz dünya miqyasında böyük hörmətə və yüksək imicə malikdir. Bəşəriyyətin ümumbəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası ilə ciddi mübarizə apardığı bir zamanda möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və liderliyi ilə COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşlərinin keçirilməsi tarixə yazılan hadisələrdəndir. Koronavirus pandemiyasına həsr olunan toplantıda rəhbərləri videokonfransda aparılan müzakirələrdə möhtərəm Prezidentimiz haqqında deyilən qürurverici fikirlər əlbəttə ölkəmizin ünvanına qəbul edilən fikirlər kimi qəbul olundu. Məhz möhtərəm Prezidentimizin bu nüfüzunu hər iki tədbirdə iştirak edən dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının birinci və ikinci şəxslərinin iştirakı bunu bir daha sübut edir. Zirvə görüşlərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesusun da şəxsən iştirakı məsələnin aktuallığı çərçivəsində Azərbaycanın və onun dövlət başçısının beynəlxalq əməkdaşlıq platformasında yüksək nüfuzundan və yerindən irəli gəlir. Azərbaycan Prezidentinin də giriş nitqində qeyd etdiyi kimi Zirvə görüşləri dövlətin başçısının təşəbbüslərindən cəmi bir neçə gün sonra baş tutub. Bu bir daha Türk Şurası, eləcə də, Qoşulmama Hərəkatının üzv ölkələr arasında mövcud dostluq və əməkdaşlıq təməllərinin möhkəmliyindən xəbər verir".

Məlahət İbrahimqızı qeyd edib ki, bu mötəbər zirvə görüşləri ölkəmizin necə böyük gücə malik olduğunu bir daha nümayiş etdirdi: "Prezident İlham Əliyevin xarici siyasətinin nəticədir ki, Azərbaycan hər bir təşkilatda etibarlı tərəfdaş rolunda çıxış edir. Biz o nüfuzu qazanmışıq. Prezident cənab İlham Əliyevin təşəbbüsü və liderliyi ilə keçirilən hər bir tədbir ölkəmizin dünyada nüfuzunun daha da artırılmasına və üzv ölkələr arasında əməkdaşlığın, dostluğun daha da möhkəmləndirilməsinə xidmət edir. Bu zirvə görüşləri üzv olan ölkələrin pandemiya mübarizəsinə və hazırlıq səviyyəsinə daha güclü təkan verəcəkdir. Bu mənada fövqəladə toplantı həm koronavirus pandemiyasına qarşı birgə mübarizədə, həm də koronavirusdan sonrakı dövrdə əməkdaşlıqların zəruriliyini təcəssüm etdirir. Qeyd etmək lazımdır ki, Azərbaycanın bu yardımları Avropada böyük rezonans doğurmuşdu. Bugün pandemiyadan əziyyət çəkən ölkələr Avropa İttifaqından, Avropa Şurasından dəstək istədiyi halda, onların istəyi nəticəsiz qalır. İndi bütün dünya bir-birinə sığınıb, yardım edir, dəstək nümayiş etdirirlər. Bir sözlə, bəşəri dəyərlərə önəm verilir. Heydər Əliyev Fondunun layihələri xüsusilə, diqqət çəkir. Layihə çərçivəsində itkilər verən Avropa ölkələrinə dəstək məqsədilə həmin ölkələrin bayraqları videoproksiya şəklində Heydər Əliyev Mərkəzinin binasının üzərində dalğalandırılır. Məhz bu xalqımızın ən çətin anda belə dünya xalqlarına göstərdiyi hörmətin nümunəsidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə