Erməni xalqının qorxulu kabusu – Paşinyan

Erməni xalqının qorxulu kabusu – Paşinyan

Sarkisyanın aqibəti Paşinyanın da başında çatlayacaq

"Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq. Qoy, xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar", Bu sözləri 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunsa da, bu kabusu indi də Nikol Paşinyan yaradır. Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Bu belə də olmalı idi. Çünki istər Paşinyan, istərsə də Sarkisyan eyni düşüncəyə malik olan Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub, olunacaq.

Və növbəti kabus isə Ermənistanda son günlər baş verənlər də bunu təsdiqləyir. Belə ki, Paşinyanın babası Nikol Paşinyanın nasist hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə rüsvayçı faktı təsdiqləyən sənədlər ətrafında əsl qalmaqal yaranıb. Belə ki, erməni saytı Yerevan.today bildirir ki, Böyük Vətən Müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında məlumatları özündə cəmləşdirən ümumiləşdirilmiş elektron məlumat bankı - Memorial, Ermənistan hökuməti başçısının yaxın qohumunu ifşa edən məlumat və sənədləri təsdiqləyib. Orada göstərilir ki, Ermənistanın Tavuş rayonunun Yenokovan kəndindən olan yeganə Nikol Paşinyan 1943-cü ildə Alman Vermaxtının erməni legionunda sıravi rütbəsi ilə Qırmızı Orduya qarşı döyüşlərdə ölüb.

Həmçinin, müstəqil erməni KİV-ləri, Memorial-da olan və baba Nikol Paşinyanı ifşa edən arxiv sənədlərini dərc etdilər. Eyni zamanda, erməni müxalifəti hökumət başçısını babası haqqında yalanlar yaymaqda ittiham edir, çünki faşizm üzərində Qələbənin 75-ci ildönümü ərəfəsində N.Paşinyan böyük Nikol Paşinyanı nasistlərlə döyüşlərdə həlak olan Qırmızı Ordunun döyüşçüsü kimi təqdim etdi. Sonradan məlum oldu ki, böyük Paşinyan həqiqətən də II Dünya Müharibəsində vuruşub və döyüş meydanında həlak olub, ancaq Qırmızı Ordu əsgəri formasında yox, faşist geyimində.

Paşinyan faşistlərdən fərqlənmədiyini bir daha ortaya qoydu

Nə həqiqəti, nə də tarixi faktları saxtalaşdırmaq olmaz. Çünki həqiqət gec-tez üzə çıxır, tarix də tarixində qalır. Nikol Paşinyan hələ hakimiyyətə gəlməmişdən İrəvan küçələrində təşkil etdiyi mitinqlərdə səsləndirdiyi daşnak lozunqları ilə faşistlərdən fərqlənmədiyini ortaya qoymuşdu. Hakimiyyətə gəldikdən sonra da öz sələflərinin siyasətini davam etdirməklə, faşizm ideyalarına sadiqliyini sübut etmiş oldu. Və bu gün Paşinyan Hitlerin yaxın silahdaşı Qaregin Njdeyə ucaldılmış abidəyə haqq qazandırmaqla bir daha faşizm xislətini nümayiş etdirdi. Bunu, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmaması və hər vəchlə danışıqlardan yayınması da, bir daşa Paşinyanın faşistlərdən fərqlənemədiyini göstərir. Digər bir fakt isə Paşinyanın babasının nasist hakimiyyəti ilə əməkdaşlıq etməsidir. Göründüyü kimi, müasir siyasətdə geniş tətbiq olunan ikili standartlar bu məsələdə də tətbiq olunur. Faşist elə faşistdir və paşinyanlar kimi. Və faşist xisləti ilə ölkə iqtisadiyyatını böhrana sürükləyən Paşinyan heç də Serj Sarkisyan iqtidarından geri qalmır. "Aykakan Jamanak" qəzeti yazır ki, Sarkisyan hakimiyyəti dövründə olduğu kimi, Paşinyan hökumətinin yalan vədlərinin böş və mənasız olduğunu artıq anlayır və sadəcə xalqı aldatdığını aydın görürlər.

Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməklə yanaşı, nöbəti faşist xislətini nümayiş etdirdi.

Prezident İlham Əliyev: "İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir"

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Paşinyanın faşist xislətli olduğunu dəfələrlə bildirib. Dövlət başçısı Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına müsahibəsində vurğulayıb ki, istər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.

Tarix boyu faşist düşüncəsində olanlar istəklərinə nail olmaq üçün ən qanlı üsullara əl atıblar. Ermənilər də eyni ilə faşist üsullarından istifadə edib. Belə ki, bu o ermənilərdir ki, gözlərini qan bürümüş erməni vəhşiləridir ki, günahsız azərbaycanlıları uşaq, qadın, yaşlı demədən diri-diri tonqalda yandırıb, gözlərini çıxarıb, qulaq və burunlarını kəsib, hamilə qadınların qarnını yırtıb, baş dərilərini soyub, divarlara mismarlayıb, diri-diri torpağa basdırıb və başqa dəhşətli işgəncələrlə öldürüblər. Erməni faşizminin ikinci mərhələsi 1918-ci ilin əvvəllərində həyata keçirilib. Həmin ilin 31 martında törədilən soyqırımı bəşəriyyətə, insanlığa qarşı erməni vandalizminin ən bariz təzahürüdür. Genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük amansızlıqla və qəddarlıqla qətlə yetirilib. “Böyük Ermənistan” xülyasında olan qaniçən ermənilər planlı surətdə azərbaycanlıların məhv edilməsinə, yer üzündən silinməsinə çalışıblar.

Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli deyil.

Çünki atalı-babalı faşizmin elementləri olan Paşinyanlardan erməni xalqı başqa bir şey görməyəcək. Bəli, Njde faşizmi Hitlerdən, indiki erməni rəhbəri olan Paşinyandan nə gözləmək olar? Yalnız fitnə-fəsad, insanlığa nifrət. Çünki Njdeni qəhrəmanlıq nümunəsi kimi təqdim edilməsi Paşinyanın rəhbərlik etdiyi hökumətin apardığı siyasətin ana xəttini bir daha büruzə verir.

Paşinyanın Njdeyə bəraət qazandırmaq cəhdi bir daha sübut edir ki, Ermənistanın hazırkı rəhbəri bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir. Paşinyanı bu hərəkətlərinə görə artıq siyasi həyasızlıq etalonu adlandırmaq olar. Bu, bir daha sübut edir ki, o, özü və Ermənistan üçün “saatlı bomba” olmaq missiyasını uğurla yerinə yetirir. Prezident İlham Əliyevin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı səsləndirdiyi kimi, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir”.

Bəs, Ermənistanın faşist xislətli rəhbərliyi Paşinyanın düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham çıxışlarının birində bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə