Ali Məhkəmənin 7 hakiminin səlahiyyətinə xitam verilib, 5-i isə aşağı işə keçirilib
Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.
Ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır.
SİA Məhkəmə-Hüquq Şurasına istinadən bildirir ki, bu məqsədlə mayın 19-da dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Tədbirdə Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.
Çıxış edən F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.
Müşavirədə dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi qeyd olunaraq, ölkə Prezidentinin bu sahədə “yol xəritəsi” olan 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti və onun icrası üzrə ardıcıl tədbirlər vurğulanıb.
Cari ildən yeni regional kommersiya və inzibati məhkəmələrin fəaliyyətə başlaması, həmin məhkəmələrə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərin təyinatı, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması, “Mobil məhkəmə” və mülki xarakterli işlərin elektron qaydada aparılmasına dair xüsusi proqramların istifadəyə verilməsinin ədalət mühakiməsinə əsaslı təsir göstərdiyi qeyd edilib. Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.
İclasda bu ərəfədə Ali və Apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunduğu vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.
Müşavirədə məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, insan haqlarının etibarlı təmininə xidmət etdiyi bildirilərək məhkəmə hakimiyyətinə inamın və etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğu vurğulanıb.
Bu məqsədlə məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.
Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-sinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam verildiyi bildirilib.
İclasda dövlətimizin başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələr diqqətə çatdırılıb.
Məhkəmə qərarlarının ədalətliliyinin və qanunun aliliyinin təmin edilməsinin, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu vurğulanıb. Süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi qeyd edilərək hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi bildirilib.
Ali Məhkəmənin sədri R.Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyətini, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının rolunu, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini qeyd edib.
Müşavirədə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının qətiyyətlə alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Məhkəmə sədrlərinə prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi bildirilib. Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



