"Arzu ediləndir ki, insanların fəaliyyət göstərdiyi sahələrinin açılsın. Sadəcə olaraq bəzi fəaliyyət sahələri birinci mərhələdə açılmalıdır, bəzi fəaliyyət sahələri isə ikinci mərhələdə və sonrakı mərhələlərdə açılması daha doğrudur". SİA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, idman zallarının açılması hazırkı mərhələ üçün nəzərdə tutulmur, bu barədə növbəti mərhələdə qərar qəbul ediləcək: "Fəaliyyət sahələrinin mərhələ şəkildə açılması daha effektlidir. Bununla da biz hansı fəaliyyət sahələrində yoluxma hallarının daha çox, hansı sahələrdə daha az olduğunu da təyin edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB