"Hər kəs mütləq şəkildə sosial məsafəyə riayət etməlidir" HƏKİM RƏYİ-ÖZƏL
"İnsanlarımız bilməlidir ki, hələ də biz koronavirusa öyrəşməmişik. Düzdür, bəziləri bu xəstəliyə yoluxdular, bəziləri xəstəlikdən sağalsalar da, hələ də bir çoxları bu virusla görüşmədikləri üçün bu haqda təsəvvürləri yoxdur. Lakin onlar bilməlidir ki, bu virus aramızda var". Bu fikirləri SİA-ya açıqlamasında həkim Vasif İsmayılov deyib.
O bildirib ki, ölkəmizdə karantin rejiminin yumşaldılması koronavirusla bağlı vəziyyətin nəzarət altında saxlanması ilə əlaqədardır: "Amma bu demək deyil ki, karantin rejimində qoyulan məhdudiyyətlərin hamısı aradan qaldırlıb. Hər kəs mütləq şəkildə sosial məsafə riayət etməlidir. Bu pandemiya dövrü onu göstərdi ki, ən çox qoruyan və ən effektiv metod insanların bir-birindən ən azı 1-2 metr aralı dayanmasıdır".
Həkim qeyd edib ki, aparılan təcrübə də sübut etdi ki, harada sosial məsafəyə riayət olundusa, orada bu virus özünü dəhşətli aparmalıdır: "Riayət olunmayan yerlərdə vəziyyət daha kəskin oldu. Sosial məsafə ilə yanaşı diqqət ediləcək məqamlardan biri əllərin gigiyenası ilə bağlıdır. Tibbi maska və əlcəklərdən də istifadə etmək olar".
V. İsmayıl vurğulayıb ki, ictimai iaşə obyektlərində də sosial məsafəni gözləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB