Ənvər Haqverdiyev: “Dövlətin qayğısı çox önəmli amildir”

Ənvər Haqverdiyev: “Dövlətin qayğısı çox önəmli amildir”

“Virusla mübarizə dövründə biz gənclər Prezidentin bizə olan etimadını tam doğrultmaq və Onun bizim qarşımıza qoyduğu hədəflərə çatmağa çalışdıq, bundan sonra var gücümüzlə çalışacağıq”. Bu fikirləri «Səs» qəzetinə aciqlamasinda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev deyib.

O bildirib ki, koronovirusla mübarizə dövründə heç şübhəsiz ki, cəmiyyətimiz bütün mübarizə əzmini ortaya qoya bilmiş, vətəndaşlarımızın müdafiəsi, qorunması və sosial təminatı üçün əllərindən gələn hər nə varsa ləyaqətli vətəndaşlarımız etmişdir: "Dövlət başçısından sıravi vətəndaşına qədər hər kəs öz borcunu bilmiş ona görə davranmışdır. Məhz bu birliyin, bu vahidləşmənin, bütövləşmənin məntiqi nəticəsi kimi bu gün ölkəmizdə Covid-19 koronovirusunun nəticələri digər bütün müqayisə edəbiləcəyimiz ölkələrədən çox aşağı səviyyədədir. Dünya ölkələrinin bir çox bu əldə etdiyimiz nəticəni nə cür və hansı yollarla əldə etdiyimizi tez-tez sual edirlər. Əlbəttə ki, bütün uğurların arxasında izolyasiya qaydalarına mütləq tabe olmaq dayanır. Lakin izolyasiya qaydalarını ancaq qadağalar dövrü kimi qiymətləndirməyin doğru olmadığını düşünürəm. Çünki əgər ki, vətəndaşların evdə qalmasını onlardan tələb ediriksə onda onlara mükəmməl xidmət göstərməli, vətəndaşları hər cür təhlükələrdən qorumalısan ki, insanlar evlərində otua bilsinlər. Bir çox sahədə olduğu kimi sosial-müdafiə, əhalinin rifah halı, səhiyyə ocaqlarının inkişafı, əhalinin sosial-iqtisadi inkişaf istiqamətlərində böyük tərəqqi əldə etmişdir. Qısa zamanda, virusla mübarizə dövründə Azərbaycan Respublikası hüquqi, sosial dövlət olduğunu bir daha sübut etdi. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda biz bunun bir daha canlı şahidləri olduq".

Bütün sahələrdə Azərbaycan Respublikası və onun Prezidenti vətəndaşlarına qarşı çox böyük diqqətlə, mərhəmətlə, sevgi, hörmət qayğı ilə yanaşdı. "Dövlətin qayğısı çox önəmli amildir",- deyən Ə.Haqverdiyev dövlətin qayğısının təcrid olunmuş vətəndaşlarımıza çatdırılmasında, xidmətə möhtac və yaxud da aztəminatlı ailələrin dövlət və ayrı-ayrı şəxslər tərəfindən etyaclarının ödənilməsi prossesində könüllü vətəndaşlarımız əvəz rol oynadıgini da bildirdi: "Onlar dövlət orqanları ilə ahəngli fəaliyyət quraraq ayrılmış sovqatların o ailələrə çatdırılmasında böyük rol oynayirlar. Bilirsiniz ki, 2020-ci il Prezidentin Sərəncamı ilə "Könüllülər ili" elan olunmuşdur. Onda heç Covid -19 bağlı heç bir təəssəvür belə yox idi. Bu gün isə bütün layihələrdə, xoş günlərdə olduğu kimi könüllülərimiz bu gündə dövlətimizin, millətimizin və dövlət başçımızın ətrafında sıx birləşiblər. Könüllülər adətən gənclərdən təşkil olunan, təmənnasız öz bilik, bacarıqlarını xalqı dövləti üçün sərf edən dostlarımız, vətənpərvər gənclərimizdir. Gənclərimiz öz gənc ürəklərini böyük bir xalqın yolunda şam edərək əridənlər, kiçik çiyinlərini böyük xalqın yükü ilə ağırlığa salanlardır. Düşünürəm ki, əgər gənclərin könüllü mübarizəyə dəstəyindən danışırıqsa mütləq Yeni Azərbaycan Partiyasi Gənclər Birliyinin fəaliyyətini xüsusi qeyd etməliyik. Bütün rayon təşkilatlarının Gənclər Birliklərinin gəncləri virusla mübarizə dövründə fəalliq göstərdilər. Azərbaycan cəmiyyətinin lokomotivi olan gənclərimizə bu çətin günlərdə xalqının, dövlətinin və dövlət başçısının yanında olduğu üçün səmimi bir minnətdarlıq düşür".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə