Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə Saatlı və Ağdam rayonundan olan vətəndaşların Prezidentə ünvanladığı məktubları təqdim edir.
Hörmətli cənab Prezident!
Mənim 82 yaşım var. Sizin tapşırığınıza əməl edərək iki aya yaxındır ki, evimdə qalıram, ən əziz insanlarımı görməyə də getmirəm. Bilirəm ki, yaşlı insan virusa tez yoluxur və xəstəliyi daha ağır keçirir. Mən mütəmadi olaraq xəbərləri izləyirəm. Bu virusun dünyanın 200-dən çox ölkəsində yayıldığını bilirəm. Özü də əksər ölkələrdə kütləvi insan tələfatına səbəb olub. Lakin Sizin uzaqgörənləyiniz, xalqınıza qayğıkeşliyiniz nəticəsində Azərbaycanda ölüm və yoluxma sayı çox azdır.
Hörmətli cənab Prezident, XXI əsrin ən qorxulu bioloji müharibəsindən xalqımızın salamat qurtulması üçün göstərdiyiniz fədakarlığınıza görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə,
Babayev Hafiz Hüseynalı oğlu, Saatlı rayonu, Qaralar kəndi.
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Ağdam rayonunda bütün sahələrdə aparılan işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcəkdir.
Ağdamdan Bərdəyə gedən və uzunluğu 30 kilometr olan yeni yolun tikilməsi, rayonun İmamqulubəyli kəndində tibb məntəqəsinin istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Rayon ərazisində qısa müddətdə bir neçə uşaq bağçasının tikilməsi isə Sizin gələcəyimiz olan uşaqlara qayğınızın göstəricisidir. Bu işlərin belə qayğılı günlərdə də dayanmaması Sizin əzminiz sayəsindədir. Rayonda aztəminatlı ailələrə verilən yardımlar həm də onlara mənəvi dəstəkdir.
Möhtərəm cənab Prezident, biz - ağdamlılar görülən işlərə, yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildirir, uğurlu fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayırıq.
Hörmətlə,
Şıxıyev Rövşən, Ağdam rayonu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB