Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvünun Prezidentə ünvanladığı məktubu təqdim edir:
Möhtərəm cənab Prezident.
Koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın Sizlərə olan rəğbətini daha da artırdı.
Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm.
Hörmətlə,
Əmirli Vüsal Kamil oğlu, Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB