"Tövsiyələrinizi yüksək dəyərləndiririk" MƏKTUB

"Tövsiyələrinizi yüksək dəyərləndiririk" MƏKTUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə Lerik və Lənkəran rayonundan olan vətəndaşların məktublarını təqdim edir:

Hörmətli cənab Prezident,

Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz leriklilər çox yüksək qiymətləndiririk.

Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz həmişə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdiniz, uğurlu yol seçdiniz.

Cənab Prezident, biz Sizi dəstəkləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz.

Hörmətlə,

Həsənov Nəriman, Əliyev Nazim, Ağayev Mehdi. Lerik rayonu.

Möhtərəm cənab prezident!

Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələrinizi yüksək dəyərləndiririk.

Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, "Çox sağ olun!" deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun.

Kimdən:

Kərəmov Cümşüd Camal oğlu.

Lənkəran rayonu, Kərgəlan kəndi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə