"Azərbaycan bir çox ölkələrdən daha az yoluxma halına malikdir" MƏKTUB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə Kəlbəcər rayonundan məcburi köçkünün Prezidentə ünvanladığı məktubu təqdim edir:
Hörmətli cənab Prezident.
Xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim. İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübı dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm. Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz. Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm.
Hörmətlə, Məlikov Fazil Süleyman oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB