Donald Trampın məktubu Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsidir

Donald Trampın məktubu Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsidir

Dövlət başçısı İlham Əliyevin milli maraqlar əsasında yürütdüyü tam müstəqil, uğurlu daxili və xarici siyasət, ortaq maraqlara söykənən beynəlxalq əməkdaşlıq, qlobal müstəvidə qazanılan etimadı Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Respublika günü münasibətilə ölkə başçımıza ünvanladığı məktubda bir daha öz əksini tapdı. Həmin məktub Azərbaycanın beynəlxalq nüfuzunun ifadəsi, birbaşa sübutudur. ABŞ prezidentinin məktubu sadəcə təbrik məktubu deyil, ölkəmizin təhlükəsizliyinə, inkişafına, dünya ölkələri arasında güclü lider kimi qəbul edilən bir şəxsə ünvanlanmış, bir çox konkret mesajlar ifadə edilən müraciət kimi xarakterizə olunur. Trampın məktubdakı “iki böyük xalq” ifadəsi də dərindən düşünülmüş bir ifadədir. Hansı ki, o kəlmə Azərbaycan liderinin sözü ilə əməlinin vəhdəti beynəlxalq müstəvidə ölkəmizə qazandırdığı böyük nüfuzun bariz nümunəsdir. Və beləliklə ölkəmizin bugünkü gündə üstün mövqedə olması ölkə başçımızın uğurlu xarici siyasətinin göstəricisidir. Ölkəmizin bütün istiqamətlər üzrə inkişaf dinamikası, qlobal təşəbbüskarlığı beynəlxalq münasibətlərdəki mövqeyini şərtləndirir.

ABŞ prezidenti məktubunda demokratik idarəetmə, hüquq və azadlıqların qorunmasına da toxunub. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə son zamanlar vətəndaşların rifahı üçün atılan hesablanmış addımlar, böyük islahatlar beynəlxalq ictimaiyyət tərəfindən də maraqla izlənilir. Bir neçə istiqaməti özündə ehtiva edən məktubda əsas məqam Azərbaycanın suverenliyi, müstəqilliyi ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənməsinin qeyd olunmasıdır. Bildiyimiz kimi Birləşmiş Ştatlar ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Və bugünə qədər də öz dəyişilməz mövqeyində qalır. Bu da ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə birmənalı münasibətinin ifadəsidir. Və bütün bunlardan belə qənaətə gəlmək olar ki, Amerika Birləşmiş Ştatları ölkəmizlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hər zaman maraqlıdır.

ABŞ kimi nəhəng bir dövlətin Azərbaycanı hər sahədə dəstəkləməsi böyük ehtimal ki, digər ölkələri təşvişə, qorxuya salıb. Trampın Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını yazılı şəkildə qeyd etməsi isə ölkəmizin gec-tez ərazi bütövlüyünün bərpa olunacağına böyük ümidlər verir.

Lamiyə İsazadə
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə