İctimai iaşə obyektlərində nələrə diqqət ediləcək? RƏSMİ AÇIQLAMA

İctimai iaşə obyektlərində nələrə diqqət ediləcək? RƏSMİ AÇIQLAMA

“Bildiyiniz kimi mayın 4-dən etibarən artıq bölgələrdə restoran, kafe və çay evlərinin yerində fəaliyyəti bərpa olunub. Bu gündən etibarən isə Bakı, Abşeron, Sumqayıt, Lənkəran və Gəncə üzrə də ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı. Lakin burada fərq saatla bağlıdır”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Ramazan Nəbiyev deyib.

O bildirib ki, bu gündən fəaliyyətinə izacə verilən ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi ilə əlaqədar iş rejimi ilə bağlı seçilən saata baxdıqda burada Ramazan ayı ilə bağlı iftar və sahur saatlarının olmadığını görərik: “Çünki, adətən insanlar Ramazan ayında daha çox iftar, son illərdə də sahur saatlarında ictimai iaşə obyektlərinə kütləvi şəkildə axın edirlər. Bu baxımda da vaxt elə seçilib ki, bu saatlar istisna edilsin”.

R. Nəbiyev söyləyib ki, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı təqdim olunan metodiki göstərişlərdə nəzərdə tutulan məqamlar ilk növbədə müəssisə rəhbərləri, orada fəaliyyət göstərən personal və eləcə də xidmət alan hər kəsin üzərinə öhdəlik qoyur: “Park və bulvarda olduğu kimi ictimai iaşə obyektlərində sıx toplaşmaqla bağlı məhdiyyyətlər var. Burada əsas məqsəd insanların sıx toplaşmasının qarşısını almaqdır. Ictimai iaşə obyektlərində də bir dam altında 10 nəfərdən çox insan olmamalıdır. Masalar arasında məsafə 1.5- 2 metr olmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə