“Əli Kərimlinin "zaryatkam" qurtarıb, deməsi etirafdır” Vüsar İsmayılov

“Atalar məsəli var: Utanmasan, oynamağa nə var ki. “Milli Şura” adlanan bir "marionetka" qurumun video şousunda yəqin ki, biabırçılığı hamımız müşahidə etdik. Görün hakimiyyətə kimlər iddialıdır? Gültəkin kimi hoppan, Vidadi kimi Eşqiya, K.Əli kimi zaryatkam qurtarıb və s, deyənlər... Açığı Əli Kərimlinin ifadəsini etiraf kimi qəbul etdim, "zaryatkam" qurtarıb dedi. Telefonunun yox ha, özünün. Həqiqətən də dayanmadan təkrar-təkrar eyni şeyləri deməyə "zaryatka"mı qalar? Ayrı-ayrı vaxtlarda o şurada təmsil olunanların rüsvayçı çıxışlarına çoxumuz şahidlik etmişik”. Bunu SİA-ya açılamasında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilarının sədr müavini Vüsar İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycan mentalitetində kişilər yalnız əxlaqsız qadınların yanında söyüş söyüb və bu da təbii qəbul olunub. Çünki söyüş söyən kişi o qadın üçün həmin ifadəni məqbul hesab edib: “Əks təqdirdə əxlaqlı qadın yanında söyüş söyən kişinin özü tərbiəsiz kimi daş-qalaq olunub, döyülüb və ən dəhşətli halda isə namussuzluğa düçar olan şəxs kimi öldürülüb. Real həyatda belə hallar mövcuddur. Əslində “5-ci kolon”un nümayəndələri olan o adamların zamanında tərbiyədən, əxlaqdan kənar çoxsaylı "nümunə"ləri cəmiyyətə çoxdan bəllidir. Yəni ki, orda olanların əksəriyyətinin vaxtı ilə təqdim olunmuş 18+ videoları bəzi informasiya agentliklərinin arxivində indi də durur. Lakin bu cür sərsəm düşüncə sahibləri hələ də anlaya bilmirlər ki, hər dəfə özlərini ifşa edib, o toplantılarda söydükləri söyüşün hədəfinə çevrilirlər. Amma təsəlli də tapmaq olar. Bu karantin dövründə evdə oturan camaatımızı yaxşıca şənləndirdilər. Şuranın əsas personajları rolların mahir ifaçısı kimi, insanları o ki var, həm həyacanlandırdılar, həm də güldürdülər. Əhsənn! Heç professional aktyorlar, məhşur kaskadyorlar belə, sizin kimi səhnədə bu cür tryuklar edə bilmir. Təəssüf ki. tamaşanın maraqlı yerində Əli Kərimlinin "zaryatka"sı həmişəki kimi yenə də qurtardı.. Bəylər, bundan sonra heç olmasa yanınıza powerbank qoyun. Axı bu hələ son deyil”.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə