“Hər bir dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır” Aydın Hüseynov

“Hər bir dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır” Aydın Hüseynov

“Bu gün Azərbaycanın yeni Baş prokurorunun təyin edilməsi hüquq sisteminde islahatların geniş səhifəsinin açılması deməkdir. Vəzifəyə təyin edilən Kamran Əliyevi də namizədliyinin irəli sürülməsi cənab Prezidentin gənc kadrlara önəm verdiyini, eyni zamanda özünü artıq işlədiyi sahədə kifayət qədər müsbət göstərmiş kadrları irəli çəkdiyinə bir sübutdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, ölkəmizdə ciddi siyasi islahatlar başlanıb və bu istiqamətdə ciddi addımlar atılır. Dövlət başçıs bütün çıxışlarında dönə-dönə vurğulayır ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdır. Millət vəkili bildirib ki, təəssüflər olsun ki, hələ də çoxları bundan nəticə çıxarmayıblar: "Dəfələrlə bunun şahidi olmuşuq və Prezidentin bu tapşırıq və tövsiyyələrini həmişə təqdir etmişik, bəyənmişik. Lakin nəticədə nə baş verir? İcra başçılarının bəziləri Prezidentin onlara verdiyi tapşırığı unudur və yerlərdə özlərini xan kimi, padşah kimi aparmağa başlayırlar, dərəbəylik edirlər. Rüşvətxorluq bu adamlar üçün əsas prinsipə çevrilir. Məhz məsuliyyətsizlik, insafsızlıq hətta o dərəcəyə çatır ki, bu gün bu ağır karantin dövründə dövlətin imkansız, işsiz vətəndaşlara verdiyi yardımları da, fəhlələrə nəzərdə tutulmuş maaşı da öz ciblərinə qoymağa, ictimai təşkilatların və Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzağı da oğurlamağa, mənimsəməyə çalışırlar. Bəs bütün bunlara nə ad vermək olar? Əlbəttə, bu hərəkətlər həm cinayətdir, həm vicdansızlıq, həm də dır, mənəviyyatsızlıqdır".

A.Hüseynov onu da bildirib ki, hər bir məmur dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır. Dövlət başçısı da çıxışlarında bildirir ki, qanunu pozan, vətəndaşın haqqını yeyən heç bir məmura güzəşt olmayacaq: "Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər".

Millət vəkili qeyd edib ki, “qara maskalı”ların əməliyyatlarına olan rəğbət də məhz Prezident İlham Əliyevin rüşvətxorluğa, məmur özbaşınalığına qarşı mübarizənin aparılması ilə bağlı siyasi iradəsinin xalq tərəfindən dəstəklənməsinin göstəricisidir: "Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Odur ki, məmurlar bu son hadisələrdən ciddi nəticə çıxarmalı və xalqın xidmətində durmalı, fəaliyyətlərində ciddi dönüş edib, iş prinsiplərində dəyişiklik etməlidir. Əks təqdirdə onları da bu günə kimi cəzalandırılan məmurların acı aqibəti gözləyir".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə