Kürdəmirdə qanvermə aksiyası keçirildi

Kürdəmirdə qanvermə aksiyası keçirildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının fəal üzvləri, gəncləri və könüllüləri də qoşularaq fəal iştirak ediblər.

Bu barədə SİA-ya məlumatı YAP Kürdəmir rayon təşkilatından veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə