Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib. SİA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov deyib.
O bildirib ki, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib: “Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib”.
H. Aslanov vurğulayıb ki, ümumiyyətlə, 2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb: “Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq, təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB