"Ötən il küçələrdə dilənçilik edən 430 uşaq aşkar edilib" HƏZİ ASLANOV
Ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı məlumat verib.
O bildirib ki, aparılan yoxlamalarla həmin uşaqlardan yalnız birinin məcburi əməyin qurbanı olması təsdiqlənib.
Onun sözlərinə görə, digər hallar üzrə isə cinayət tərkibi müəyyənləşməyib: "Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla bərabər, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara qəyyumluq və himayə orqanlarına 670 material göndərilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB