"Sərt karantin qaydalarının tətbiqi həm də bir sınaq oldu" ÖZƏL - MÜNASİBƏT
"Biz bir daha şahidi olduq ki, ölkənin çətin günlərində vətəndaşlarımız həmrəylik göstərə bilirlər, ümumi bəlaya qarşı birləşmək xüsusiyyəti xalqımızda yaşayır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputat Azər Badamov sərt karantin qaydalarının tətbiq edildiyi dövrün ölkəmizə və cəmiyyətimizə nə qazandırdığından danışarkən deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin daha effektiv icrasının təminində ölkədə tətbiq olunan sərt karantin qaydaları əsas rol oynadı: "Əgər cənab Prezident İlham Əliyevin imzasıyla Nazirlər Kabinetinin yanında Operativ Qərargah vaxtında yaradılmasaydı və vaxtında sərt karantin qaydaları tətbiq olunmasaydı, ölkəmiz də dünyanın bir çox inkişaf etmiş ölkələri kimi COVID-19 pandemiyası qarşısında aciz qalacaqdı. Xəstəxanalarda yoluxanların yerləşdirilməsinə yer qalmazdı. Ölümlərin sayı dəfələrlə çox olardı. Sərt karantin qaydaları ölkənin iqtisadiyyatına və əhalinin sosial rifahına mənfi təsir göstərsə də insanların sağlamlıqlarının qorunması baxımından çox əhəmiyyətli bir dövr oldu".
Millət vəkili əlavə edib ki, bu dövr ölkəmiz üçün bir sınaq da hesab edilə bilər və biz bir cəmiyyət olaraq bu sınağı uğurla başa vurduq: "Sərt karantin qaydalarının tətbiqi həm də bir sınaq oldu. Biz bu sınaqdan uğurla çıxırıq. Yəni, biz bir daha şahidi olduq ki, ölkənin çətin günlərində vətəndaşlarımız həmrəylik göstərə bilirlər, ümumi bəlaya qarşı birləşmək xüsusiyyəti xalqımızda yaşayır. Həm də xüsusi karantin rejimin tətbiqi ilə əlaqdar insanlar evdən çıxmamağa, evdə qalmağna məcbur olundu. Bu da çoxdan bir yerdə bir süfrə arxasında oturmayan bir çox ailələrin bir daha ailə mühütündə böyüyə hörmət və səmimi münasibətlərin yenidən möhkəmlənməsinə müsbət təsir göstərdi. Sərt karantin rejimi cəmiyyətə sübut etdi ki, biz bir yerdə güclüyük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB