Paşinyan faşistlərdən fərqlənmədiyini bir daha ortaya qoydu

Paşinyan faşistlərdən fərqlənmədiyini bir daha ortaya qoydu

Faşizm ermənilərin genindədir

Ermənistan baş naziri Nikol Paşinyanın Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə bağlı paylaşması dəhşətli faktın üstünü açdı. Məlum oldu ki, N.Paşinyanın babası Nikol Vardani Paşinyan 1943-cü ildə faşist Almaniyası sıralarında, Qaregin Njdenin legionunda döyüşüb. Həmçinin, bBaş nazirin babası Nikol Paşinyan Sovet ordusunda döyüşsə də düşmənlə əməkdaşlıq edib və öldürülüb. Təəssüf ki, küçə “demokratı” Paşinyan bu reallığı hələ də anlamır və iki ilə yaxın müddətdə hakimiyyətdə olsa da savadsızlığını dönə-dönə nümayiş etdirir.

Prezident İlham Əliyev: “Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir”

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Paşinyanın faşist siyasəti yürütdüyünü bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı dövlət başçısı debatda məntiqli, tutarlı, faktlarla zəngin arqumentlər səsləndirməklə bir daha Ermənistanın həmişəki kimi xəyanətkarlıq nümayiş etdirdiyini, Ermənistanda faşizmin qəhrəmanlaşdırıldığını, Ermənistanın əvvəlki hakimiyyətinin Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu xüsusi vurğulayıb. Bir sözlə, Prezident İlham Əliyev Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin və onun ideoloji əsaslarının bir mənbəyinin də ermənilərin faşizm və nasizmə sevgisinin olduğu dünyaya çatdırmaqla bunun nə dərəcədə təhlükəli olduğunu bildirib.

Paşinyanın savadsızlığı bir daha ortaya çıxır

Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdə naşı olduğunu dəfələrlə büruzə verib. Bu dəfə qiyam nəticəsində küçədən hakimiyyətə gələn Paşinyan tarixi biliklərinin də olmadığını nümayiş etdirdi. Belə ki, Paştinyan babası ilə bağlı faktları ört-basdır etmək üçün çıxış yolu yenə də heç bir fakt olmadan uydurma ifadəlrə işlətməkdədir. Belə ki, Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham etməsi elementar savadsızlıqdan xəbər verir. Tarixi öyrənən hər bir kəsə aydındır ki, M.Ə. Rəsulzadə faşist Almaniyası ilə heç bir vaxt əməkdaşlıq etməyib və İkinci Dünya müharibəsi və M.Ə. Rəsulzadənin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycan legionunun nümayəndələri ona Hitlerlə əməkdaşlıq təklif etsələr də, o, bundan imtina edib. N.Paşinyan isə bütün faktları təhrif etməklə gülünc doğuran növbəti uydurmasını və savadsızlığını nümayiş etdirib.

Əslində, Rəsulzadə barədə deyilənlərin bir böhtan olduğunu Paşinyan özü də dərk edir. Paşinyan özü faşizmə heyran olan siyasətçidir. Paşinyanın pərəstiş etdiyi faşist cəlladı Qaregin Njdeyə İrəvanda qoyulan heykəl bunu sübuta yetirir. Bu o Qargen Njdeydir ki, Zəngəzur, Göyçə, Naxçıvan və Qarabağda Azərbaycan türklərinə qarşı qətliamlar törətmiş, sonradan ABŞ-a qaçaraq 1933-cü ildə faşizm dalğasının artdığı bir vaxtda ilk faşist təşkilatlarından birini qurub, Almanlarla birgə Krımın işğalı və Qafqazdakı döyüşlərdə iştirak edib. Müharibə bitdikdən sonra isə Sovet əks-kəşfiyyatı bu cəlladı həbs edərək, SSRİ-yə gətirilir və məhkəmə hökmü ilə 25 il həbs cəzasına məhkum edilir. 1955-ci ildə Vladimir şəhərindəki həbsxanada öldürülür. Lakin ermənilər bu faşist cəlladına İrəvanda böyük abidə ucaldıb və bununla da faşizmə heyranlıqlarını bildiriblər.

Bir sözlə, Paşinyanın babasının faşistlərə xidmət etməsi faktı onun işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur. Demək ki, bu, gendən gələn bir şeydir. Və təcavüzkar, işğalçı ölkənin baş naziri və onun əl altıları nə qədər maskalansalar da, onların iç üzləri bir gün açılmalıydı.

Beləliklə, erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb. Ölkə fəlakət durumundadır. Nasizmi təbliğ edən Adolf Hitlerin arzuları suya düşdüyü kimi, Paşinyan və onun hakimiyyətinin də niyyətləri puç olacaq. Haqq-ədalət yerini tutacaq. Çünki tarixi faktları təhrif etmək, gizlətmək mümükünsüzdür və bu deyilən əsasız böhtanları qarşısında tez bir zamanda Paşinyan da cavab verəcək.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə