Ölkə başçısı daim vətəndaşların sağlamlığını düşünür

Ölkə başçısı daim vətəndaşların sağlamlığını düşünür

Bu ölkə başçısının vətəndaşına qayğısının növbəti göstəricisidir

Ölkə başçısı İlham Əliyev bu günlərdə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” fərmanı təsdiqləyib. Fərmana əsasən, Prezident Administrasiyası və yerli icra hakimiyyəti orqanlarına video qəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, dünyanı ağuşuna alan koronavirusla mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və düşünülmüş addımları, uğurlu sosial siyasəti vətəndaşların sağlamlığının onun üçün ən ümdə məsələ olduğunu göstərir.

Xüsusilə də, qlobal pandemiya şəraiti dünya siyasi liderlərinin real gücünü göstərdi və liderlər koronavirus bəlasından qurtulmaq üçün uyğun addımları atmadılar. Nəticədə ölüm sayı dəhşətli hala gəldi, lokal etirazlar baş qaldırdı. Lakin bütün bu xaos dünyasında Azərbaycan modeli dünyaya örnək kimi göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Edros Adhanom Ghebreyesus Prezident İlham Əliyevin koronavirusla mübarizədə atdığı qətiyyətli addımlar yüksək dəyərləndirmişdir. Ən əsas məqam isə, bir çox ölkələrdə Azərbaycanın pandemiya ilə mübarizə strategiyası öyrənilir.

Bütün bu uğrlu və düşünülmüş addımlar Prezident İlham Əliyevin pandemiyaya qarşı atdığı addımlar vətəndaşın sağlamlığının Onun üçün ən ümdə məsələ olduğunu göstərir. Azərbaycan Prezidentinə əhalinin müxtəlif qruplarından minnətdarlıq məktublarının ardıcıl olaraq ünvanlanması bir daha xalqın öz liderinə sədaqətini nümayiş etdirir, Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin reytinqi ilə bağlı keçirdiyi son “İnam İndeksi” sorğusu da ölkə başçısının yüksək reytinqə malik olduğunu nümayiş etdirdi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev xalqın qəlbini fəth etmiş liderdir, bu səbəbdən də insanlar hər gün ölkə başçısına saysız minnətdarlıq məktubları yazırlar. Çünki Azərbaycanda bütün forsmajor hallar üçün düşünülmüş, sabit idarəçilik kursu var.

Və məhz pandemiyaya qarşı uğurlu mübarizədə Azərbaycan modeli bir daha ölkəmizin beynəlxalq səviyyəli müsbət imicini dünyada daha da möhkəmləndirdi. Əslində, dövlət başçımız bu siyasətini 16 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yəni Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir.

"İnsanların sağlamlığı və sosial rifahı birinci yerdədir"

Ümumiyyətlə, Azərbaycan Prezident İlham Əliyev bütün məqamlarda həmişə öz vətəndaşınnı yanıda olub, o cümlədən də pandimiya zamanıda. Belə ki, Prezident İlham Əliyev bugünkü çətin məqamlarda insanların sağlamlığı və sosial rifahının ən vacib sayaraq bildirib: «Mən deyə bilərəm ki, pandemiyadan, əlbəttə, bizim iqtisadiyyatımız da zərər çəkir. İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Biz bilirik ki, əgər karantin rejimini bax, dediyim bu səbəblərə görə sərtləşdirsək, iqtisadi vəziyyətimizə bunun çox mənfi təsiri olacaq. Amma biz buna gedəcəyik. Çünki insanların sağlamlığı və sosial rifahı birinci yerdədir. Məhz bu məqsədlə 3,5 milyard manat vəsait ayrıldı».

Bu fikirləri Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında deyib. Ancaq bu yerdə bu reallığı dönə-dönə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev prezidentlik fəaliyyətinin son 17 ilində özünü dəfələrlə təsdiqləyib. Və təsdiqləyib ki, bu gün həyata keçirilən uğurlu siyasət, məhz Ümummilli Lider Heydər Əliyev siyasətini davamıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Bəli, budur əsl siyasət, budur hər bir vətəndaşın Prezidenti olmaq!

Planetimizə qara bulud kimi çökən koronavirus pandemiyasının dünyanın ən inkişaf etmiş ölkələrində hər gün minlərlə can aldığından, minlərlə insanın sağlamlığını təhdid etdiyindən mətbuat, kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsi ilə hər gün yeni məlumatlar əldə edildiyi bir zamanda və hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Bu gəlişi gözəl deyilən sözlər deyil, bu son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadiminin apardığı uğurlu siyasətinin gerçklikləridir. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətləridir, xalqına qayğısıdır.

"Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır"

Lakin bütün bu uğurları görə bilməyən xalqa düşmən qüvvələr isə həmişə olduğu kimi, bu dəfə də koronavirusdan yararlanmağa başlayıb. Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandıraraq koronavirusdan yararlandıqlarını, "göydəndüşmə bir hədiyyə" olduğunu da deyib: "Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır".

Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: "Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq".

Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır və dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi.

Bir sözlə, bütün görülən işlər, sosial tədbirlər və bu günlərdə imzalanan “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” fərmanı bir daha isbatlayır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş dayanır və dövlət hər zaman vətəndaşın yanındadır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə