Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır VİDEO

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə