Bu gün ölkəmizdə koronavirusa yoluxmanın müəyyənləşdirilməsi ilə bağlı 6072 test aparılıb

Bu gün ölkəmizdə koronavirusa yoluxmanın müəyyənləşdirilməsi ilə bağlı 6072 test aparılıb

Mayın 17-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6072 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 232077-yə çatıb.

SİA Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə istinadən bildirir ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1220-yə bərabərdir. Xəstələrdən 44 nəfəri reanimasiyadadır ki, onlardan da 15-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 17-də Azərbaycanda koronavirusa daha 136 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə