Mayın 14-də ətraf mühit sahəsində çalışan bir sıra təşkilat və qrupların gənc fəalları arasında ekoloji problemlər ətrafında onlayn müzakirə keçirilib. IDEA İctimai Birliyi tərəfindən təşkil edilən görüşdə Green Baku, EkoSfera - Sosial Ekoloji Mərkəz, AZGREEN, Sağlam Düşüncə Gənclər Təşkilatı, Sosial Hüquqların Araşdırılması İctimai Birliyi və OIKOS təşkilatının nümayəndələri iştirak edib.
IDEA İctimai Birliyindən SİA-ya verilən məlumata görə, iştirakçılar karantin rejimi müddətində ekoloji fəallıq və sosiallaşma üzrə təcrübələrini paylaşıb, qlobal pandemiyanın təşviqat və maarifləndirilmə işinə təsirini qiymətləndiriblər və hazırkı şəraitdə Azərbaycanda ekoloji fəallığın yayılması yolları haqda fikirlərini bölüşüblər. Görüş zamanı çirkləndirmənin müxtəlif formaları və ətraf mühitə təsirləri müzakirə edilib, ictimaiyyətin hava, su və yerə atılan tullantılarla yanaşı, rəqəmsal çirklənmə və səs çirklənməsi haqqında da məlumatlandırılmasına ehtiyacın olduğu vurğulanıb. Tərəflər bu problemlərinin həllinə töfhə verməyə hazır olduğunu bildirib, bu cür görüşlərin davam etdirilməsi, növbəti müzakirələr zamanı görülə biləcək mümkün işlərin və tərəfdaşlıq məsələlərinin nəzərdən keçirilməsi barədə razılığa gəldilər.
Bu, yerli ekoloji yönümlü təşkilat və qrup nümayəndələri arasında fikir mübadiləsinin təşviqi və ekoloji problemlərin həlli üçün ümumi yolların axtarılması məqsədi ilə təşkil edilən sayca ikinci görüşdür. İlk görüş fevralın 29-da IDEA İctimai Birliyinin Resurs mərkəzində keçirilmişdir.
Məlumdur ki, Yer kürəsi qlobal istiləşmə, çirkləndirilmə, biomüxtəlifliyin məhvi, su çatışmazlığı, torpağın deqradasiyası və s. kimi çoxsaylı və getdikcə daha da mürəkkəbləşən ekoloji problemlərlə qarşılaşır. Dünya əhalisi artdıqca təbii resursların istismarı və ətraf mühitin korlanması prosesi daha da sürətlənir. Bununla yanaşı, daşqınlar, yanğınlar və digər təbii fəlakətlər daha tez-tez və daha intensiv şəkildə baş verir. Ekoloji problemlər sərhəd tanımadığı kimi, onlarla mübarizə də bəşəri əhəmiyyət daşıyır.
Ekoloji fəallıq bir-iki aksiya ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli həyat tərzinə çevrilməlidir. Gələcəyimizin təmin edilməsi üçün süurlarda, düşüncələrdə dəyişiklik etmək lazımdır ki, bu dəyişikliyi yalnız gənc nəsil təmin edə bilər.
Bunları nəzərə alaraq, IDEA İctimai Birliyi digər ekoloji yönümlü təşkilatların da keçiriləcək gələcək interaktiv görüşlərə qoşulmasına çağırır, onların ən fəal gənc nümayəndələrinin bu görüşlərdə iştirak etməyə dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



