DİN-in xüsusi avtomobilləri paytaxt küçələrinin dezinfeksiya edilməsinə cəlb olunub

DİN-in xüsusi avtomobilləri paytaxt küçələrinin dezinfeksiya edilməsinə cəlb olunub

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə paytaxtda və Sumqayıt şəhərində bu gün əlavə gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib.

SİA Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bildirir ki, küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə DİN Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunların xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə