Azadlıq fədaisi - Bizim komandir - MƏQALƏ

Azadlıq fədaisi - Bizim komandir - MƏQALƏ

Hər bir azərbaycanlının yaddaşında böyük hərflərlə yazılmış tarixin unudulmaz sətirləri... 90-lar..!

Mən və həmyaşıdlarım üçün isə bu illər bəzən ən yaxın doğmamız olan, bəzən isə ən yaxın doğmalarmızı əlimizdən alaraq düşmənimizə çevrilən Xəzər dənizi tək təlatümlü idi. Səbəb...!? Səbəb isə Müharibə...

Sevgi dolu uşaqlıq çağlarının müharibə adlı bir qorxu ilə keçməsindən daha dəhşətli nə ola bilərdi?

Mənim üçün isə bu məna və dəhşət iki qat idi...

Dəhşətli anları atamın dənizdə olduğu günlərin və saatların keçdiyi zaman həyətimizdəki nar ağacının tərpənişini izləmək idi ki, o tərpənən zaman mavi sularda dənizçilər təhlükəli anlar yaşayardı. Bunu yəqin bilirdim və bilirdim ki, atam hər səfərindən dönərkən "Dənizdə güclü NAKATA düşmüşdük” deyərdisə o gün nar ağacının tərpəndiyi gün olardı. Amma narahatçılıqla bərabər bu gəminin üzvlərinin hər birinin evində arxayınçılıq yaradan bir fikir var idi ki, gəminin sukanı arxasında Komandir (Ələkbər Talıbov) özü dayanır və ən əsası digər gəmilərdə olan dənizçi vərdişi (gəmidə spirtli içki ) bu gəmidə Komandir tərəfindən yol verilməzdir.

Yenə bir gün atamla o "Sehrli gəmi”yə gədəcəkdim. Gədəcəkdim ki, gəmini yənə qarış-qarış gəzim, qoxusunu alım. Atamın dostlarının səmimiyyətini, birliyini, gücünü görüm. Axı bu isti münasıbəti o illərdə hər yerdə görmək mümkün deyildi. İnsanlar solğun, ümidsiz görünürdürlər. Amma bu gəmidə bunların hamısının üstündən elə bil xətt çəkilib. Əksinə hər kəsdə böyük şövq vardı, sanki həyat eşqi saçardı bu gəmi. Düşünərdim ki, bəlkə də bu gəminin adı ilə bağlıdır. Məncə AZADLIQ sözünün sehrinə çox insanlar qeyri-ixtiyari düşürdü. Burada da "priçal"dan gəmiyə atılan hər kəs bir başqa dünyaya düşürmüş kimi gur səsli bir qəhramana çevrilər və o səslə kimisə soruşar, yada yüksək bir əhval ruhiyyə doğuran zarafat edərdi. Mən buna inanmağa çalışsam da bir o qədər ınanamazdım və bu suallarla böyüyərdim. Böyüyüb anladım ki, bunun sirri o gəmiyə bu adı verən Komandirin ruhundan sıçrayıb qığılcım kimi gəminin hər tərəfınə saçan "Azadlığa inam eşqi" imiş...

Həmən o illər idi ki bir gün bizim darvazamızdan bir neçə zabit daxil oldu. Öndə gələn hündürboylu gülər üz olanı "Tubu xala evdədır?” dəyə nənəmi soruşdu. "Bəli” deyib nənəmi çağırdım, nənəm isə onları evimizə dəvət edib dedi: "Mən də gözü yolda qalan analarınızdan biri keçin yuxarı...”. Qeyri adi qonaqlar olduqları üçün diqqətlə qulaq asırdım. Və anladım ki, bu hərbiçilər nənəmin rayonumuzda adlı-sanlı aşbaz olduğunu eşidib gəliblər. Yeni qurulmuş Milli Ordumuzun qəsəbəmizdə yerləşən tank polkunda təlim keçib, Qarabağa göndərilən əsgərlərimiz üçün yəməklər bişirsin. Bu mənim üçün yeni bir macəra ola bilər dəyə nənəmin gözlərinə diqqətlə baxırdım. Amma nənəm "yox” dedi və izah etdi ki, "Bunu əslində şövqlə edərdim, lakın artıq yaşlanmışam, fiziki gücüm çatmaz”. Onlar da peşman olmuş kimi sağollaşıb getdilər. İki gün sonra isə yenə gəldilər. Amma bu dəfə o ucaboylu komandir arxada gəlirdi, öndə isə bizim öz komandirimiz Ələkbər əmi idi, gülər üzlə, böyük həvəslə.

Onun formalı zabitlərdən fərqi çox idi. Əsas fərqi isə "Məmə haradadır?” dəyə soruşması idi. Mən cavab belə vermədən nənəmin yanına qaçdım ki, "Komandir gəlib” Atam evdə olmadığı üçün nənəm narahat oldu. Oğluna nəsə olub deyə qorxdu. Amma zabitləri görüb oda anladı k, bu gəlişin məqsədi başqadır və gülümsəyib dedı: "Bunlar axtarıb səni tapıblar?”.

Nənəmin gecələr rahat yatmağına səbəb oğlunun Komandirin gəmisində işləməsi idi. Orda qəti dənizçi vərdişinə komandir - Ələkbər əmi icazə vərməzdi. Bu səbəbdən və digər məlum qəhramanlıqlar səbəbindən Ələkbər əminin xətrini həqiqi mənada cox istəyərdi. Oğlu kimi bilərdi onu, adı çəkilən yerdə "adına qurban olum” dəyərdi.

Amma nənəm öz övladı bildiyi üçün Komandirə də başa salmağa çalışdı ki, "Artıq yaşlanmışam buna gücüm çatmaz, çox məsuliyyətli işdir, bu yaşımda çatdıra bilmərəm”.

Öz Komandirimiz hər kəs susandan sonra başını aşağı salıb sonra ayağa qalxıb dedi: "Məmə, bu uşaqlar hamısı bura gəlib Vətənin azadlığı uğrunda silaha sarılıblar, Azadlıq isə qansız-qadasız olmur. Bəlkə də sənin bişirəcəyin xörəklər o əsgərlərın hansınınsa sonuncu yediyi isti və ləzzətli yeməklər olacaqdı”.

Nənəm özün saxlaya bilməyib doluxsundu. Bu söz masa ətrafında hər kəsə ağır təsir bağışlamışdı və nənəm: "Ələkbər, bala, mən müharıbə görmüşəm, bilirəm nə qədər və necə canlar alır, nəcə sinələr dağlayır. Bu müharibədə də sizin nələr çəkdiyinizi və bundan sonrada nələr çəkəcəyinizi gözəl bilirəm”.

Bu sözdən sonra nənəm "yox" deyə bilməzdi, amma "gücüm çatan qədər” dedi. Üstəlik "Nəvəmi özümə köməkçi aparacam” deyib, Ələkbər əmiyə baxdı. Hərbi hissənin komandiri "Ay xala nəvə nədi, mən sənə orda 25-30 əsgər verəcəm. Təki sən gəl”. Nənəm isə mənim baxışlarımdan artıq özümü orda hiss etdiyimi anlayırdı. Bəli, məndə orda idim. Hər gün döyüşə hazırlaşan əsgər və zabitlərlə həmsöhbət olardım, xüsusəndə Şairlə.... O, şairin adını xatırlamıram çünki hər kəs ona, ya "şair" dəyərdi, yada "Qoca" deyə müraciət edərdilər. Bəzən isə "Şair nə tez qocaldın sən…”. Qəribə insan idi, elə bil ruhuma yaxın idi o şairin ruhu. Amma bir gün gəldi onlarda cəbhəyə yollandılar. Xəbərləri qaçırmazdım ki, birdən onları göstərərlər...və görən zaman "Onlar mənim dostumdur” dəyə hər kəsə göstərim. Və həvəslə səhər dostlarıma danışım.

Bəli göstərdilər... Mən öz gözlərimlə gördüm onların bəzilərini. Amma çox heyif ki, Ələkbər əminin dediyi kimi gördüm. Uşaqlıq ağlımla bir az incimişdim Komandirımizdən. Amma sonralar eşitdim ki, onların bizim qəsəbədəki hərbi hissədə təlim keçmədən döyüşə getməməsi üçün çox çalışıb Komandirimiz. Və bu fədakarlığı sayəsində mən onların əksəriyyətini Qarabağdan böyük ruh yüksəkliyi ilə danışan görürdum. Hələ sonralar eşitdim ki, hərbi hissəmizdə olan silah-sursat və ağır texnikanın Sovet qoşunu tərəfındən aparılmasına mane olmaq üçün Komandirimizin təşkilatçılıq etdiyi dəstə böyük fədakarlıq göstərib.

Bəli, bu mənim və bizim fədai Komandirimiz idi. Və bunlar mənim Komandir haqqında kiçik yaşlarımın kiçik xatırələrindən boylanan tarix olsa da, həyatımda böyük məna kəsb etddiyini anladıqca ruhu qarşısında minnətdar olacağım qəhramanın əbədi heykəlidir.

Xatırlanarkən insana bir köks ötdürüb və sadə bır təbəssüm bəxş edənlərin o dünyada nə xoş halına...

Elnur ABBASOV

Bütün xəbərlər Facebook səhifəmizdə