Gənclər “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” proqramını müzakirə ediblər
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu -ASAİF-in sədri Orxan Əkbərov və o cümlədən ASAİF-in həm- təsisçisi və CES(Caspian Engineering Society)-in sədri Rüfət Əzizovun təşkilatçılığı ilə 10 fərqli ölkədə təhsil almış 25 gəncin iştirakı ilə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" proqramının müzakirəsi olub. Forumdan SİA-ya verilən xəbərə görə, müzakirə əsnasında gənclər tərəfindən konkret təkliflər irəli sürülüb.
Gənclərin elmi sahədə inkişafına yeni imkanların yaradılması, onların asudə vaxtlarının dəyərləndirilməsi, dil biliklərinin artırılması, təhsillərini bitirmiş məzunların işlə təmin olunması, regionlarda təhsilin inkişaf etdirilməsi, yeni tələbələrin texniki peşə sahələrinə cəlb olunması, gənc sahibkarların maliyyə yardımı ilə təmin edilməsi, xaricdə təhsil alan və məzun olmuş gəncləri maraqlandıran problemlər və onlardan çıxış yolları, həmçinin xaricdə gənclərimizin diaspora və lobbiçilik fəaliyyətləri zamanı onların qarşılaşdığı problemlər və bir çox digər məsələlər həll olunub.
İclasda o da qeyd olunub ki, bütün verilən təkilflər təkliflər paketi halında "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" proqramına salınması üçün təqdim olunacaq.
Qeyd etmək istərdik ki, bu tip görüşlər mütəmadi xarakter daşıyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB