"Bu gün bəzi müəssisələrdə çoxlu sayda yoluxma faktı qeydə alınıb. İlk növbədə Bakı Tikiş Evində fəaliyyət göstərən 64 nəfərin virusa yoluxduğu məlum olub". SİA-nın verdiyi məlumata görə, bunu TƏBİB-in sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
TƏBİB sədri qeyd edib ki, hazırda onların müalicəsi davam etdirilir: "Eyni zamanda "Baku Still Company" müəssisəsində 48 nəfərin virusa yoluxduğu qeyd olunub. Bu da onu göstərir ki, müəssələrdə fəaliyyət göstərən şəxslər müvafiq qaydalara riayət etmir və laqeyd yanaşır. Eyni zamanda həbsxanada da yoluxma faktları qeydə alınıb. Ədliyyə Nazirliyinin müvafiq strukturları ilə TEBİB-in müvafiq strukturların birgə səyi ilə onlara tibbi müdaxilə edilib. İlk növbədə 33 nəfər daha sonra daha 13 nəfər məhbusun virusa yoluxduğu qeyd edilib. Ümumi 46 yoluxma var. Ayrı-ayrı müəssisələrdə yoluxma sayının artmasında hüquqi şəxslər bu dövr ərzində inzibati məsuliyyət daşıyırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB