“Zirvə görüşü İlham Əliyevin dünyada böyük nüfuza malik olduğunu göstərir” Mehdi Balabəyov

“Zirvə görüşü İlham Əliyevin dünyada böyük nüfuza malik olduğunu göstərir” Mehdi Balabəyov

“Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə təşkilata sədrliyi öz üzərinə götürən zaman Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Və keçirilən bu görüş də bir daha göstərdi ki, Azərbaycan və Onun liderinə dünyada olan inam, etibar və etimad yüksəkdir”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib.

YAP rayon təşkilatının sədri bildirib ki, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədri, ÜST Baş direktorunun, o cümlədən 40-a yaxın ölkənin dövlət və hökumət başçısı pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətini təqdir edərək, dövlət başçımıza təşəkkür ediblər: “Bu bir daha Azərbaycan və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Məhz onun bu liderlik qabliyyətinin nəticəsindir ki, bəşəriyyətin qlobal koronavirus pandemiyası ilə müharibə apardığı bir dövrdə dünyanın ikinci ən böyük beynəlxalq təşkilatının Zirvə görüşü baş tutdu”.

M.Balabəyov onu da vurğlayıb ki, Azərbaycan hər zaman qlobal problemlərin həllində körpü rolunu oyanyıb: “Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Bakı beynəlxalq humanitar və digər qlobal problemlərin həlli məsələsində bir dialoq mərkəzinə çevrilib. O baxımdan Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqələr qurub, körpü yaratması indiyədək yürüdülən siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmək lazımdır. Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə belə bir addımı atmalı olduğu halda, dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyərək sanki “özünaqapanma sindromu”na qapıldıqlarından bunu edə bilmədi".

Rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə əməli surətdə yerinə yetirir: "Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verməsinin bariz nümunəsidir. Bununla da Azərbaycan əməli fəaliyyəti ilə dünyaya sübut etdi ki, koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib və bu istiqamətdə real addımlar atıb. Prezidentin bütün bu səyləri Azərbaycan beynəlxalq aləmdə nüfuzunun, inam və etimadın artaraq möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev bir daha beynəlxalq aləmə sünut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da, sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. Biz bunun koronavirus pandemiyasına qarşı apardığı effektiv mübarizə və bunun nəticəsində ölkəmizdə vəziyyətin nəzarətə götürülərək, daha az itki ilə çıxmaq istiqamətində həyata keçirdiyi fəaliyyətdə şahidi olduq. Ölkə başçısının tapşrığı ilə Azərbaycanda iqtisadi sabitliyi qorumaq, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan çox sosial-iqtisadi dəstək paketi qəbul olunub. Bütün bunlar Prezident İlham Əliyevin dünya səviyyəli uzaqgörən, müdrik liderlik qabliyyətinə malik olmasının bariz göstəricisidir.

Bir sözlə, Zirvə görüşü BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat - Qoşulmama Hərəkatının digər beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır olduğunun bir daha nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəldiyinin təsdiqi oldu".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə