Paytaxtın bu yollarında xətlənmə işləri aparılacaq

Paytaxtın bu yollarında xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 16-26 may tarixləri arasında Zağulba prospekti, Mərdəkan şossesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən SİA-ya məlumat verilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə