Yaxud Əli Kərimli ilana ağı verən kərtənkələdir
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun dediyi bu sözlər yerində deyilmiş və satqın erməni çörəyi yeyən Əli Kərimlinin kimliyini araşdırmağa ehtiyac olmadığını təsdiqləyir. Çünki müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və yaxın ətraflarının qarşısında dayanan əsas məqsəd dövlətimizin strateji hədəflərinin sabotaj olunması, dövlətimizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzuna xələl gətirməkdir. O zaman soruşmaq istərdik: bu 27 il ərzində nə əldə edibsiniz? Çünki bu 27 il ərzində ancaq özününz deyib, özünüz eşitmisiniz. Və bu barədə düşünüblərmi ki, 27 il müddətində dəfələrlə seçkiləri və referendumları "boykot" etmələrinə rəğmən, ancaq xalqın nifrətini qazanıblar? İndii də dünyanı ağuşuna alan koronavirusla mübarizə zamanında. Əlbəttə ki, indi xarici qüvvələrin Bakıdakı təmsilçisi Ə.Kərimli kimi avanturist və satqının bu barədə düşünməsi, nəticə çıxarması nə ona sərf etmir, nə də düşünməyə başı. Ona sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında varlığını sübut etməyə çalışsınlar.
Ancaq əbəs yerə Əli Kərimli özünü yorur. Çünki xəmiri satqınçılıqla yoğrulan Ə.Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirməyə cəhd etdikləri informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür.
Ə.Kərimli həmişə olduğu kimi, bu gün də daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürür. Elə bu günlərdə istər neftin qiymətinin aşağı düşməsi ilə bağlı, istərsə də koronaviruzla mübarizədə «evdə qal»la bağlı sosial şəbəkələrdə etdiyi çağırışlar. Bax, budur Ə.Kərimlinin əsl siması - uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verməklə və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərməklə satqınçılığını nümayiş etdirir. Çünki Ə.Kərimli həmişə anti-Azərbaycan qüvvələrin dəyirmanına su töküb.
Siyavuş Novruzov: “Bunlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətçiliyə müxalifətdir”
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dövlətin pandemiyaya qarşı apardığı mübarizəyə müxalifətin hay-həşir salmasının onların satqın və xəyanət yolu tutması ilə əlaqələndirib: “Xaricdə oturub Azərbaycan əleyhinə iş aparan adamlar var. Biz konkret olaraq adlar deməliyik, onları ifşa etməliyik. ABŞ-da oturan Sevinc Osmanqızı, Avropada oturan Qənimət Zahit Avropada deyir ki, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Bəs ölkəmizdə bu qədər işlər görülür, karantin rejimi tətbiq olunur. Bu işləri kim görür?”.
O qeyd edib ki, həmin insanlar özləri xaricdə evdə oturub çölə çıxa bilmirlər, hüquq-mühafizə orqanlarının tələblərinə ikiqat tabe olurlar: “Ancaq burda Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və…bu kitmi satqın və xainlər, xalqa düşmən olanlar deyirlər ki, çölə çıxın. Bunlar istəyirlər ki, Azərbaycanda vəziyyət pis olsun və onlar sevinsinlər. Deyir “ilana ağı verən kərtənkələrdir". Bunlara da ağlı verən Ə.Kərimlidir. Utanmasalar deyərlər ki, koronavirusu Azərbaycan yaradıb. Biz bunları ifşa etməliyik ki, bunlar hardan maliyyələşdirilir. Bunlar iqtidara müxalifət deyil, bunlar xalqa, dövlətçiliyə müxalifətdir. Ona görə də belələrini hətta ölkənin həssas dönəmlərində Vətən, dövlət, xalq kimi əhəmiyyətli faktorlar qətiyyən maraqlandırmır. Xəyanətkarları, satqınları birləşdirən məqam da məhz budur".
S.Novruzovun sözlərinə görə hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, onun sosial mediadakı söyüş qrupları tam əks-mövqe tutaraq, erməni dəyirmanına su tökməklə məşğuldurlar: “Əli Kərimli kimi ünsürlər əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoymuş olur. Və xalq ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərən Əli Kərimlini və ətrafındakıları etdiyi əməllərinə görə cəzasını almaq tələbini irəli sürür. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Əli Kərimli və onun kimi antimilli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir”.
Məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil
Bəli, həqiqətən də bu gün nə qədər ki, dünənki dələduzlar bu gün «haqdan» dəm vurub aranı qarışdırırlar, belələri tez bir zamanda cəzalandırılmalıdır. Çünki bu gün Azərbaycan bu gün dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir, sosial- iqtisadi sahələrdə dinamik inkişaf təmin edilir, xalqın mənafeyi ciddi şəkildə qorunur, xalq-iqtidar birliyi dönməz xarakter alır, beynəlxalq aləmə inteqrasiya güclənir, qlobal layihələr uğurla gerçəkləşdirilir. Bütün bunlara görə narahatlıq hissi keçirən ermənipərəst dairələr əndişələnir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır, “beşinci kalon”a maliyyə dəstəyi göstərməklə, habelə digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri ələ alır, dövləti zəiflətmək, Konstitusiya quruluşunu dəyişmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki, dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib.
Amma antiazərbaycan dairələrin əlində alətə çevrilən və millətimizin adına ləkə olan şəxslər, təəssüf ki, inadlarından əl çəkmir, Azərbaycana qarşı çirkin təbliğat aparmaqdan yorulmurlar. Onlar Avropada erməni fondlarının maliyyəsi hesabına sosial medianın imkanlarından yararlanıb ölkəmizin mövcud reallıqlarını “unudaraq”, yalan, böhtan yolu ilə Azərbaycanda siyasi proseslərə müdaxilə edirlər. Bununla da “söyüş müxalifəti”nin üzvləri (Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov, Rəfail Piriyev və digərləri) öz aləmlərində Azərbaycan hakimiyyətinə təzyiq göstərdiklərini düşünürlər...
Əslində onlar söyüş ritorikasına meydan açmaqla mənəvi cəhətdən zəifliklərini, gücsüzlüklərini, əxlaqi baxımdan isə naqisliklərini nümayiş etdirirlər. Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB