"Mall"ların fəaliyyətinə dair qaydalar təsdiq ediləcək ÖZƏL - AÇIQLAMA
"Əyləncə mərkəzləri və "mall"lar açılan zaman onların fəaliyyətinə dair də müəyyən qaydalar təsdiq ediləcək". Bu sözləri SİA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva növbəti dövrdə fəaliyyətinin bərpa olunması gözlənilən alış-veriş mərkəzləri və "mall"ların fəaliyyətinə dair müvafiq qaydaların tətbiq edilməsi ilə bağlı danışarkən deyib.
Mətbuat katibinin sözlərinə görə, hələ ki, "mall"ların fəaliyyətinin bərpa olunması ilə bağlı bir məlumat olmadığı üçün bu obyektlərin daxilində hansı qaydaların tətbiq ediləcəyini söyləmək və dəqiq məlumat vermək hazırda mümkün deyil, lakin, bu barədə məlumat dəqiqləşdirildikdə qaydaların tətbiq edilməsi gözlənilir:
"Yəqin edirik ki, "mall"ların açılması gündəmə gələn zaman qaydalar tətbiq olunacaq. İndiyə qədər 7 metodiki göstəriş Operativ Qərargah tərəfindən təsdiqlənib və ictimaiyyətə təqdim olunub. Həm ictimai iaşə müəssisələrinin fəaliyyət qaydaları, həm ticarət obyeklərinin, qida müəssisələrinin və qida satışı ilə məşğul olan restoranların fəaliyyət qaydaları, həmçinin, otellər və turizm obyektləri üçün qaydalar, eyni zamanda vətəndaş qəbulu üçün metodik göstərişlər qəbul edilib. Yəqin edirik ki, əyləncə mərkəzləri və "mall"lar açılan zaman da onların fəaliyyətinə dair müəyyən qaydalar təsdiq ediləcək" - deyə, o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB