Leysan yağan yağış İsmayıllıda kənd təsərrüfatına və yollara ciddi ziyan vurub. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, İsmayıllı rayonunun Girdimançay-Qaranohur məntəqəsində 14 may 2020-ci il tarixində, saat 16:35 radələrində başlayan və bir saat davam edən leysan yağış dolu ilə müşahidə edilib.
Bir saat ərzində yağıntının miqdarı 42 mm olub. Saat 20:00-da isə 49 mm təşkil edib. Nəticədə kənd təsərrüfatına və yollara ziyan dəyib. Çaydan sel keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB