Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 007 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 635 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 144 749 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 104 030 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB