“3 saylı DOST mərkəzi demək olar ki, açılışa hazırdır. Tezliklə Nizami, Suraxanı və Sabunçu rayonunun sakinləri 3 saylı DOST mərkəzinin xidmətlərindın yararlana biləcəklər”. SİA-nın xəbərinə görə, bu barədə DOST Agentliyinin mətbuat xidmıətinin rəhbəri Şahin Əliyev Məlumat verib.
O bildirib ki, bu mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə təqdim etdiyi bütün xidmətləri özündə cəmləşdirəcək: “Koronavirus pandemiyası dövründə də vətəndaşlara xidmət edən DOST mərkəzlərindən bu günədək 100 mindən çox yaxın vətəndaş yararlanıb. Burada əsasən müraciətlər “online” şəkildə elekton qaydada keçirilib. Daxil olan müraciətlərin böyük bir qismini isə məşğulluq, sosial müavinət və pensiyalar təşkil edib”.
Agentlik sözçüsü söyləyib ki, xüsusi karantin rejimi davam etdiyi üçün mərkəzlərə vətəndaş müraciəti elektron poçt vasitəsilə həyata keçirilir. Müraciət qəbul edildikdən sonra vətəndaşa bununla bağlı məlumat göndərilir, vətəndaşların sosial müdafiə sahəsində yaranan bütün sualları cavablandırılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB