Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri xəbəri təkzib edir

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri xəbəri təkzib edir

"Bəzi saytlarda guya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əməkdaşının vəzifə səlahiyyətlərini aşması ilə baģlı həbs edildiyi barədə xəbərlər yayılıb. Rəsmi olaraq bildirirəm ki, bu məlumat tamamilə yalandır". Bunu SİA-ya açıqlamasında Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov deyib.

B.Əsgərov bildirib ki, dünyanın koronavirusla mübarizə apardıģı bu həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik yox, həm də aģılsızlıqdır: "Tam məsuliyyətlə qeyd edirəm ki, Muxtar Respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doģru və düzgün informasiyaya dəstəyini ifadə edib".

Bütün xəbərlər Facebook səhifəmizdə