Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir

Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Əhya gecəsidir. SİA-nın məlumatına görə, növbəti Əhya gecəsi mayın 16-dan mayın 17-nə keçən gecəyə, sonuncusu isə ayın 20-dən 21-nə keçən gecəyə təsadüf edəcək.

Qurani-Kərimin enməyə başladığı, Ramazan ayının son on günün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə - Qədr gecəsidir.

Qeyd edək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Xatırladaq ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə