“Uşaqlar COVID-19-u yetkinlərə nisbətən daha asan keçirir və onların immun sisteminin xüsusiyyətləri virusun onlara keçməsinə demək olar ki, malik deyil. Belə hala çox nadir və yalnız soyuqlama xəstəliyi kimi rast gəlmək mümkündür. SİA-nın xəbərinə görə, bunu immunoloq, professor Yakob Berkun söyləyib.
O bildirib ki, dünyada xəstəliyə yoluxan 4 milyondan çox insan uşaqların xəstəlik mənbəyi olmadığını sübut edir: “Çünki, aparılan bir sıra araşdırmalar da təsdiq edir ki, ailələrdə xəstəlik mənbəyi əsasən böyüklər olur”.
Həkimin sözlərinə görə, bunun əsas səbəbi uşaqların immuniteti ilə bağlı ola bilər: "immun sisteminin bir çox komponenti var. Lakin uşaqlarda immun sistemi yetərincə inkişaf etmədiyi üçün görünür, hələ inkişaf etməmiş hissə, onlara koronavirusla mübarizədə kömək edə bilir. Biz virusun xüsusi reseptorlar vasitəsilə hüceyrələrimizə daxil olma mexanizmini bilirik. Lakin uşaqlarda bu reseptorlar həm daha az, həm də hüceyrələrin içərisində olan siqnallar daha əzifdir. Ola bilsin ki elə bu səbəbdən də uşaqlarda virus bədənə, hüceyrələrə daha az nüfuz edir və infeksiya zəif hərəkət edir”.
Təcrübəsini bğlüşən mütəxəssis vurğulayıb ki, pandemiya dövründə həkimlərin ən çox rastlaşdığı məsələ böyüklərin virusa yoluxduğu ailələrdə uşaqların demək olar ki xəstəliyə yoluxmamasıdır: “Yoluxduqları zaman belə xəstəlik uşaqlarda daha yüngül formada özünü göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB