May ayında XİN-in “Qaynar xətt”lərinə 664 zəng daxil olub

May ayında XİN-in “Qaynar xətt”lərinə 664 zəng daxil olub

Mayın 1-dən bu günə qədər Xarici İşlər Nazirliyinin “Qaynar xətt”lərinə 664 telefon zəngi daxil olub və cavablandırılıb. SİA xəbər verir ki, bunu mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

L.Abdullayeva deyib ki, vətəndaşlarımıza mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib. Çünki səfər zamanı yoluxma riski artır. Eyn zamanda, çoxsaylı təxliyə planları da həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə