Azərbaycanda 2758 nəfər virusa yoluxub, 35 nəfər vəfat edib STATİSTİKA
Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata əsasən, həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılmışdır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB