Nikol Paşinyanın babası barəsində yayılan məlumatlar Prezident İlham Əliyevin Qaregin Njde haqqında və ümumiyyətlə, işğalçı ölkənin yeni hakimiyyətinin mahiyyəti barədə dediyi sözləri bir daha təsdiqlədi
Doğurdan da haqq nazilər, amma üzülməz. Elə son günlər baş verən olaylar bir daha göstrdi ki saxtakarlıq, yalan danışmaq ermənilərin qanındadır Bu fikir siyasətçilər və dahilər tərəfindən dəfələrlə deyilib və sübut edilib. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Küçə "emokratı"nın yalanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək Ermənistanı "inkişaf etmiş ölkələr sırasına çıxaracığı" vədləri elə vədlər olaraq qaldı. Verilən vədlərə və yalanlara diqqət yetirək: Paşinyan deyirdi ki, "2019-cu ilin sonuna qədər Ermənistan iqtisadi artım baxımından ilk onluğa daxil olmasa da ilk 15 ölkə arasında yer alacaq".
Bu sözləri Nikol erməni sahibkarlar üçün yeni il qəbulu zamanı bəyan etmişdi. Söylədiyi yalandan cuşa gələn baş nazir Ermənistanın başa çatmaqda olan ildəki göstəricilərinin, nəinki Cənubi Qafqazda, hətta dünya ölkələri arasında da "rekord" qırdığını bildirirdi. "Novosti Armeniya" saytı Paşinyanın fikirlərindən sitat gətirib: "Ermənistan tərəfindən həyata keçirilən "bu uğur" nəinki Avrasiya İqtisadi Birliyi, hətta MDB ölkələri arasında ilk göstəricidir. Mən yüksək ehtimalla, iqtisadi artım baxımından Ermənistanın Avropada liderlər sırasında olacağına da şübhə etmirəm".
Bəli, bu gün Paşinyanın hər sözü yalandır.
Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli realllığı
Ancaq Paşinyan bu qüdrətli reallığı görməsə də, Azərbaycan Prezidenti ona dəfələrlə dərk etdirib. 1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. Belə bir önəmli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın hökumət başçısına tarixi dərs verdi. Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, ö cümlədən İrəvanla, həmçinin Ermənistanın bir dövlət olaraq formalaşdırılması ilə bağlı tarixi faktlara söykənən tarixi çıxışı Paşinyanın yalanlarını darmadağın etdi. Və bu debatda, sadəcə, Ermənistanın baş naziri deyil, bütövlükdə erməni təbliğat maşını dünyanın gözü qarşısında Azərbaycan Prezidentinə məğlub olduğunu bir daha sübut etdi.
Nikol Paşinyanın babası barəsində yayılan məlumatlar Prezident İlham Əliyevin Qaregin Njde haqqında və ümumiyyətlə, işğalçı qonşunun yeni hakimiyyətinin mahiyyəti barədə dediyi sözləri bir daha təsdiqlədi
Və Paşinyanın babasının faşistlərə xidmət etdiyi təəccüb doğurmur. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti müxtəlif səviyyəli platformalarda bununla bağlı bəyanatlar səsləndirib. Dövlət başçısı alman faşizmi ilə əməkdaşlıq etmiş, buna görə SSRİ hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını da kəskin şəkildə pisləyib, bunun qəbuledilməz olduğunu bildirib. Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə son müsahibəsində bildirmişdir ki, İkinci dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Ölkə başçısı təəssüflə qeyd etmişdir ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir və buna konkret misal kimi, bir neçə il öncə Ermənistanda faşist cəlladı və caniyə, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulduğunu xatırlatmışdır. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlərdə Q.Njdenin cinayətlərinin sübut olunduğunu deyən Prezident İlham Əliyev bu erməni faşistinin müharibə dövründə dediyi “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” sözlərini də diqqətə çatdırmışdır. Ölkə başçısı müsahibədə Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin həqiqəti demək əvəzinə məşhur yazıçı Aleksandr Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməsini həyasızlığın yüksək dərəcəsi kimi qiymətləndirmişdir. Ermənistanın yeni liderinin faşisti müdafiə etməsinin böyük təəccüb, heyrət doğurduğunu bildirən Prezident İlham Əliyev əlavə etmişdir ki, erməni tərəfinin bu davranışı Ermənistanda hakimiyyətin dəyişə biləcəyi, lakin rejimin mahiyyətinin əvvəlki kimi qalacağı barədə fikrə əsas verir.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın babası barəsində yayılan məlumatlar da Prezident İlham Əliyevin Qaregin Njde haqqında və ümumiyyətlə, işğalçı qonşunun yeni hakimiyyətinin mahiyyəti barədə dediyi sözləri bir daha təsdiqlədi.
Yevgeni Mixaylov: "Ermənistanın baş naziri Nikol Paşinyanın babasının nasistlərlə əməkdaşlıq etməsi barədə məlumat ölkənin yeni rəhbərliyinin ümumi davranış və qərarvermə modelinə uyğundur"
Bu reallığı rusiyalı mütəxəssis, ekspert və teleaparıcı Yevgeni Mixaylov bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının nasistlərlə əməkdaşlıq etməsi barədə məlumat ölkənin yeni rəhbərliyinin ümumi davranış və qərarvermə modelinə uyğundur: "İlk növbədə bu, Paşinyanın dünya ictimaiyyətinin və Rusiyanın faşist əlaltılarının qəhrəmanlaşdırılması və milli üstünlük ideologiyasının qəbulolunmazlığı çağırışlarına qulaq asmamaq niyyətini izah edir. Bir sözlə, erməni cəmiyyətinin ümidsizcəsinə faşizmə yoluxması artıq heç kimdə şübhə doğurmur. Faşizm xəstəliyi isə, ümumiyyətlə, ağır müalicə olunur. Uydurma xəyallarının arxasına düşən bu toplum Qaregin Njde kimi cəlladların sərsəm çağırışlarına əməl edərək, müxtəlif saxtakarlıqlara yol verməklə başqa xalqların əzəli torpaqlarının işğalına can atır, caniləri qəhrəmanlaşdırır. Amma elə həmin cinayətkar Q.Njdenin də dediyi kimi, saxtakarlıq tərəfdarı olan xalqın taleyi məğlubiyyət, köləlik, əzab olacaq. Şübhəsiz, Azərbaycanın doğma torpaqlarını işğalda saxlayan Ermənistanın bu aqibətlə üzləşəcəyi tarix çox da uzaqda deyil".
Erməni KİV-i deyilən olayla bağlı Paşinyanın üstünə gedir
Ermənistanda, baş nazir Nikol Paşinyanın babası Nikol Paşinyanın nasist hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə rüsvayçı faktı təsdiqləyən sənədlər ətrafında əsl qalmaqal yaranıb.
Erməni saytı Yerevan.today-a istinadən bildirir ki, Böyük Vətən Müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında məlumatları özündə cəmləşdirən ümumiləşdirilmiş elektron məlumat bankı - Memorial, Ermənistan hökuməti başçısının yaxın qohumunu ifşa edən məlumat və sənədləri təsdiqləyib. Və bu gün müstəqil erməni KİV-ləri, Memorial-da olan və baba Nikol Paşinyanı ifşa edən arxiv sənədlərini dərc etdilər. Eyni zamanda, erməni müxalifəti hökumət başçısını babası haqqında yalanlar yaymaqda ittiham edir, çünki faşizm üzərində Qələbənin 75-ci ildönümü ərəfəsində N. Paşinyan böyük Nikol Paşinyanı nasistlərlə döyüşlərdə həlak olan Qırmızı Ordunun döyüşçüsü kimi təqdim etdi. Sonradan məlum oldu ki, böyük Paşinyan həqiqətən də II Dünya Müharibəsində vuruşub və döyüş meydanında həlak olub, ancaq Qırmızı Ordu əsgəri formasında yox, faşist geyimində.
Müxalif erməni ekspertlərinin fikrincə, açıq ortaya çıxan fakt N.Paşinyanın nasist cinayətkarlarının, ilk növbədə, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyini izah edir.
Beləliklə, bütün bu faktlar bir daha Ermənistanın faşist və təcavüzkar mahiyyəti növbəti dəfə sübut etdi. Bütün bunlar xəyal deyil, reallıqdır...
Paşiyanı da babasının aqibəti gözləyir. Haqq-ədalət sözsüz ki, vaxt gələcək öz yerini tutacaqdır.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB