Koronavirusla mübarizə üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik MÖVQE

Koronavirusla mübarizə üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik MÖVQE

Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verərək Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Habelə, Azərbaycan Respublikası tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü zamanı ölkəmizin koronovirusla mübarizə ilə bağlı atdığı addımlardan, dövlətimizin koronavirusla mübarizə sahəsində ÜST-lə geniş əməkdaşlığından danışıb.

Pandemiya ilə mübarizədə Azərbaycanın gördüyü işlər hətta digər ölkələr üçün örnək də sayıla bilər. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Demək olar ki, ÜST-ün bütün tövsiyələrinə əməl edib. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Prezident İlham Əliyevə göndərdiyi məktubdan görünür ki, Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilir.

Respublikamız pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb. Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalanıb.

Bununla yanaşı COVİD-19 pandemiya ilə mübarizə çərçivəsində ölkəmizdə inşa edilən modul tipli xəstəxanaların tikintisinə başlanılmış, qısa müddət ərzində ilk modul tipli xəstəxananın açılışında ölkəmizin başçısı İlham Əliyev iştirak etmişdir. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların koronavirusla bağlı yaradılan fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan, özünün və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əmək haqqını ianə etdiyi fonda vətəndaşlar, iş adamları, dövlət qulluqçuları, şirkətlər ianələrlə qoşuldular . Bu bir daha ölkə prezidenti İlham Əliyevə olan inamın və etimadın bariz nümunəsidir. Respublikamızın prezidenti İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!”. Koronavirus dalğasının başlandığı ilk günlərdən etibarən dövlət başçımız dərhal qabaqlayıcı tədbirlər görmüş və çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik".

Pandemiyaya qarşı mübarizədə nəinki Azərbaycanda, eyni zamanda xaricdə yaşayan həmvətənlərimiz də Respublikamızın Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmamış, onların Azərbaycana gətirilməsi istiqamətində vacib addımlar atılmışdır. Xarici ölkələrdən vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan “Evə gedirəm” portalı fəaliyyətə başlamış, ilkin olaraq Rusiyadan sonrakı mərhələdə isə başqa ölkələrdə olan vətəndaşlar Azərbaycana gətirilmişdir. Bununla yanaşı tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışı, mübarizəyə dəstək fondunun yaradılması görülmüş böyük işlərin bir hissəsidir.

Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir .

N.Səhratov,

Şirvan Müalicə Diaqnostika Mərkəzi PHŞ-in direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə