Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) yeni növ koronavirus (COVİD-19) xəstəliyinə qarşı mübarizə aparmaq üçün 1,6 milyard dollar pul tələb edərək əvvəlki çağırışını iki dəfə artırıb. SİA-nın xəbərinə görə, UNICEF-dən verilən açıqlamada, təşkilat koronavirus pandemiyasının dağıdıcı sosial-iqtisadi nəticələrini və uşaqların artan ehtiyaclarını qarşılamaq üçün mart ayının sonunda 651,6 milyon dollarlıq yardım çağırışını yeniləyib.
Bununla yanşı təşkilat beşinci aya girən epidemiya ilə bağlı tədarük və nəqliyyat qiymətlərinin artdığını ifadə edərək COVİD-19 –la mübarizədə 1,6 milyard dollar yardıma ehtiyac olduğunu bildirib.
UNİCEF-in icraçı direktoru Henrietta Fore qeyd edib ki, sağlamlıq böhranı olan bu epidemiya sürətlə uşaq hüquqları böhranına çevrilir: "Məktəblər bağlanır. Ailələr işsiz qaldığı üçün çətinliklər yaşanır. Koronavirusdan sonra dünyanın necə olacağını düşündüyümüz üçün bu vəsait böhranla mübarizə, sağlamlaşma və uşaqları böhranın təsirindən qorumaqda kömək edəcək''.
UNİCEF-in məlumatına görə, dünyadakı uşaqların 77 faizi, yəni 1,8 milyard uşaq, epidemiya səbəbiylə məhdudiyyətlər altında yaşayır və bu müddətdə uşaqlara qarşı zorakılıq və istimar artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB