"Birdəfəlik əlcəkləri parça ilə əvəz edin" TİBB ELMLƏRİ DOKTORU

"Birdəfəlik əlcəkləri parça ilə əvəz edin" TİBB ELMLƏRİ DOKTORU

"Parça əlcəklər həm koronavirus pandemiyasının qarşısının alınması, həm də sağlam dərinin qorunması üçün birdəfəlik əlcəkləri əvəz edə bilər". SİA-nın xəbərinə görə, bunu Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun ictimai sağlamlığın təhlili və proqnozlaşdırılması laboratoriyasının müdiri, tibb elmləri doktoru Boris Reviç açıqlayıb.

O bildirib ki, birdəfəlik əlcəkləri istənilə parça əlcəklə əvəz əetmək olar: " Lakin mən düşünmürəm ki, yaz və payız ayında insanlar qışda istifadə etdikləri əlcəkləri geyinəcəklər. Hesab edirəm ki, ən yaxşı vasitə bağçılıq üçün istifadə edilən parça əlcəklərdir. Onları həm yumaq, həm də uzun müddətli i stifadə etmək mümkündür. Bu cür əlcəkləri təmizləmək üçün ən yaxşı üsul sabunlu ilıq su ilə yumaqdır".

Mütəxəssis qeyd edib ki, tərkibində sintetik material olmayan parça əlcəklər dərini neqativ və ən əsası isə allergik reaksiyalardan qoruyur: "Rezin və sintetik əlcəklərdən daimi istifadə dərinin sağlamlığına mənfi təsir göstərir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə