Fransa müdafiə sahəsində 5400 hərbiçinin SARS-CoV-2 virusuna yoluxduğu bildirilir. Müdafiə Nazirliyi nəzdində yeni koronavirusa 1771 yoluxma halı təsdiqlənib. SİA xəbər verir ki, bu haqda Fransa Müdafiə naziri Florans Parli Senatda dinləmələrdə bildirib.
Qeyd edib ki, müxtəlif ölkələrdə hərbi missiyalarda olan və yeni koronavirusa yoluxan hərbiçilərin sayı yuxarıda göstərilən ümumi rəqəmə daxil edilməyib.
Xatırladaq ki, Şarl dö Qol (Charles de Gaulle) aviadaşıyıcı gəmidə hərbi dənizçiləri, eləcə də “Barxane əməliyyatı” çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyasının hərbiçiləri arasında da mindən çox yoluxma aşkarlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB