ÜST: COVID-19 təbiətinə görə peyvənd hazırlanmasını çətinləşdirir AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqarit Harris COVID-19-a qarşı peyvəndlərin hazırlanması ilə əlaqədar açıqlama verib. SİA xəbər verir ki, ÜST-ün nümayəndəsi COVID-19 viruslarının xarakteristik təbiətinin peyvəndin hazırlanmasını çətinləşdirdiyini bildirib.
Marqarit Harrisin sözlərinə görə, bəzi müalicə üsulları koronavirus pandemiyası ilə mübarizədə uğurlu olsa da, bu virusların aldadıcı təbiəti peyvəndin hazırlanmasına mane olur.
ÜST-ün nümayəndəsi Marqarit Harris infeksiyanın üzərində uğurlu olan 4-5 müalicə üsulundan danışıb:
"Araşdırmalar nəticəsində xəstəliyin qarşısını almaq və ya onun inkişaf etməsini məhdudlaşdıran müalicə üsullarını əldə etmiş olduq. Lakin, virusu tam öldürməyə və ya onun fəaliyyətini dayandırmağa xidmət edəcək heç bir üsulumuz yoxdur."
Onun sözlərinə görə, dünyada 100-dən çox potensial koronavirus peyvəndinə namizəd mövcuddur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı təsirli peyvəndin hazırlanması üçün ən azı 1 ilə ehtiyac olduğunu açıqlayıb. Hazırda dünyada virusa yoluxanların sayının isə 4 milyonu keçdiyi məlumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB