Türkiyənin Sakarya vilayətinin Ağyazı rayonunda yaşayan COVID-19 daşıyıcısı olan qadın iftar süfrəsinə və dəfn mərasimlərə gedən zaman virusu 46 nəfərə yoluxdurub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 60 yaşındakı qadın dünəndən etibarən xəstəxanaya yerləşdirlib.
Belə ki, qadının verdiyi testlər müsbət çıxıb və müalicəyə cəlb edilib. Bununla yanaşı məsul şəxslər qadının sosial təmasda olduğu şəxslərlə əlaqə qurublar. Belə ki, həmin şəxslərdən də testlər götürülüb və nəticədə 46 nəfərin də qadın tərəfindən virusa yoluxduğu məlum olub.
Məlumata əsasən, həmin 46 şəxslə təmasda olan ailə üzvləri və yaxınları evdə karantin rejimində saxlanılacaqlar. Həmin şəxslərdən də tək-tək testlərin götürüləcəyi məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB