Pakistan Heydər Əliyevin anadan olmasının ildönümünə xüsusi yer verib
Pakistanda nəşr edilən İslamabad Post və National Herald Tribune qəzetlərində, Diplomatic News Agency xəbər agentliyində və Centreline jurnalında, eləcə də bu mətbuat orqanlarının internet səhifələrində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı “Həqiqi bir Lider: Heydər Əlirza oğlu Əliyev- Dünya tarixində bir nümunə" adlı məqalə dərc olunub. SİA-nın verdiyi məlumata görə, məqalədə liderliyin əsl mahiyyətini fəth edən və dünya tarixində əfsanəvi lider statusu qazanan şəxsiyyətlərin tarixə məlum olduğu, Heydər Əliyevin uzaqgörənliyinin, idarəçiliyinin və nüfuzunun inkişaf edən müasir Azərbaycanın dövlət quruluşunda öz əksini tapdığı qeyd olunub.
Müəllif Heydər Əliyevin 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olduğunu qeyd edərək, məqaləsini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr etdiyini diqqətə çatdırıb.
Məqalədə Heydər Əliyevin SSRİ dövründə tutduğu yüksək postlardan bəhs edilərək, onun 20 yanvar 1990-cı il hadisələri zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayəti sərt şəkildə pislədiyi və Kommunist Partiyasını tərk etdiyi barədə məlumat verilib.
Xalqın tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyindən söz açan Mehreen Gul, Heydər Əliyev siyasətinin Azərbaycanda inkişaf etdirdiyi idarəetmə sistemi və cəmiyyət tərzinin demokratik plüralizm, sərbəst bazar iqtisadiyyatı və ümumdünya insan hüquqlarına hörmət edən dünyəvi bir sistemə əsaslandığını vurğulayıb.
Məqalədə Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra ölkədə vətəndaş müharibəsinin qarşısının alındığı, iqtisadi və siyasi sabitliyin bərqərar edildiyi, Azərbaycanın milli və mənəvi dəyərlərinin, adət-ənənələrinin bərpa olunduğu, cəbhədə atəşkəsin əldə edildiyi, dünya ölkələri ilə balanslaşdırılmış münasibətlərin qurulduğu, Əsrin müqaviləsinin imzalandığı, neft və qaz kəmərlərinin inşa olunduğu və ölkədə həyata keçirilən digər islahatlardan bəhs edilib.
Mehreen Gul, ümummilli lider Heydər Əliyev siyasi kursunun, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edərək, Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi uğurları, eləcə də Azərbaycanın koronavirus pandemiyasına qarşı həyata keçirdiyi səmərəli tədbirləri də məqalədə vurğulayıb.
Müəllif sonda ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilən Azərbaycanın zəngin mədəniyyətinin və sahib olduğu İslam sivilizasiyası tarixininin dünyanı cəlb etdiyini ifadə edib.
https://islamabadpost.com.pk/a-true-leader-an-example-in-the-worlds-history-heydar-alirza-oglu-aliyev-2/ https://dnanews.com.pk/a-true-leader-an-example-in-the-worlds-history-heydar-alirza-oglu-aliyev/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB