Sağalan xəstələr yenidən COVİD-19-a yoluxa bilərmi? BİOLOQ RƏYİ

Sağalan xəstələr yenidən COVİD-19-a yoluxa bilərmi? BİOLOQ RƏYİ

COVİD-19 xəstələrin yalnız 7-8 faizində güclü və savamlı immunitete formalaşır. Xəstəliyi ağır keçirdən xəstələrdə belə hala çox az rast gəlinir. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-dakı GMU Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova açıqlayıb.

O bildirib ki, bir qrup xəstələr var ki, onlarda koronavirusa qarşı antitel yoxdur, sadəcə belə şəxslər anterferonların köməyi ilə infeksiyadan qurtula bilirlər: “ Bu da bir daha belə xəstələrin davamlı immun qazanmadığını, yalnız az faizininin davamlı immuna sahib olduğunu sübut edir. Digər qrup xəstələrdə güclü immuni sistemi olur ki, məhz onların antikorları ilə digər xəstələri müalicə etmək mümkündür”.

Mütəxəssisin fikrincə,bu iki qrup arasında koronavirusa yoluxan digər xəstələr var ki, onlar koronavirusa qarşı toxunulmazlıq inkişaf etdirirlər: “Lakin xəstələrin ən az 40 faizində həm immun sistemi, həm də antikorların səviyyəsi nəzərə çarpacaq dərəcədə azalır ki, belə xəstələrin təkrar infeksiyaya yoluxma riski var”.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə, dünyada COVİD-19 virusuna yoluxanların sayı 4 milyonu ötüb, 279 min insan isə xətəliyin qurbanına çevrilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə